Mayın 17-i Yelo Bank-ın dəstəyi və Azerbaijan Business Women-in təşkilatçılığı ilə Bakıda "SHE Congress" baş tutdu. Tədbirdə dünyanın müxtəlif ölkələri və Azərbaycandan 500-ə yaxın işgüzar xanım iştirak edib. “Öz həyatına sahib ol” ("Own your life”) şüarı altında keçirilən konfransda bir-birindən maraqlı çıxışlar, panel müzakirələri və sual-cavab sessiyaları baş tutub. Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və Bankın İnsan Kapitalının İdarəedilməsi departamentinin rəhbəri Nigar ibadzadə ilə təmsil olunub. Anar Həsənov öz çıxışında tarix boyu Azərbaycan qadının ölkəmizin inkişafındakı böyük rolu, xanım rəhbərlərin də fəal iştirakı ilə Bankımızın keçdiyi uğurlu inkişaf yolu və şəxsi təcrübələrini bölüşdü. Nigar İbadzadə isə “Uğurun ölçüləri” mövzusundakı çıxışı ilə auditoriyanı ruhlandırmağa müvəffəq oldu.
Tədbir təkcə çıxış və müzakirə panellərindən ibarət deyildi. Yelo Bank-ın təşkil etdiyi "giveaway"də 3 təsadüfi iştirakçıya sarı iPhone 14 hədiyyə edildi. Bundan başqa iştirakçılar Yelo Bank tərəfindən təşkil edilmiş xüsusi foto zonada əsl ulduz kimi parladılar.
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank daha parlaq və bərabər hüquqlu gələcəyi dəstəkləyir. Bank davamlı olaraq qadınların inkişafı naminə karyera imkanlarını artıran tədbir və layihələr həyata keçirir.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981
Yelo Bank – Parlaq bankçılıq!