1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank ASC 2023-cü ilin I rübünün nəticələrini elan edib
26.04.2023

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır.

Belə ki, 1 aprel 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.1% və ya 120.7 mln. manat artaraq 872.3 mln. manat, müştərilərə verilmiş kreditləri 22.4% və ya 102.4 mln. manat artaraq 559.3 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri isə 16.4% və ya 45.1 mln. manat artaraq 319.6 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.4% və ya 44,9 mln. manat artaraq 477,1 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 33.3% və ya 92.2 mln. manat artaraq 368.8 mln. manat olub.

2023-cü ilin I rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, TuranBank nüfuzlu maliyyə qurumu Incofin İnvestisiya və IIV Mikrofinanz Fondları ilə Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon manat həcmində kredit sazişi, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalayıb. 

Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

2023-cü ilin I rübü ərzində TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərərək şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib. Həmçinin ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini davam etdirən Bank Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı təşkil olunmuş ağacəkmə aksiyasına qoşulub.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.


TuranBank

Bizimlə etibarlıdır...


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment