1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


TuranBank Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə növbəti layihəyə start verdi
19.04.2023

Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank və Beynəlxalq Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalanmışdır.

Layihə çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası yeni kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasında Banka dəstək göstərəcək. Hazırlanacaq məhsul konsepsiyalarını müzakirə etmək və dəyər zəncirində iştirak edən aqrobizneslərin ehtiyaclarına uyğunlaşdırmaq üçün Beynəlxalq Maliyyə Korposasiyası məhsul istehsalçılarının iştirak edəcəyi Dəyirmi Masa müzakirəsi təşkil edəcək. Bundan başqa layihə çərçivəsində Bankın kənd təsərrüfatı kredit portfelinin keyfiyyətinin təmin edilməsi və mütəxəssislərinin kredit anderraytinq biliklərinin artırılması istiqamətində müvafiq mövzularda təlimlər təşkil ediləcək.

Layihənin icrası regionlarda kənd təsərrüfatı kreditləşmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı kreditlərinə çıxışın artırılması və bu sahədə qabaqcıl təcrübələrin tətbiq edilməsi istiqamətində Bankın apardığı işlərin nəticələrinə müsbət təsir göstərəcək.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən TuranBank 10 ildən çox müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Çağrı Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 

TuranBank

Bizimlə etibarlıdır...


IFC haqqında ətraflı məlumat üçün zəhmət olmasa, bu keçidə daxil olun: www.ifc.org


 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment