|
|
|
Banklar | | | Azərbaycan Mərkəzi Bankı və ABA-nın Rəyasət Heyəti arasında görüş keçirilmişdir |
17.04.2023 | |
| |
14 aprel 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbər heyəti ilə ABA-nın Rəyasət Heyəti arasında AMB tərəfindən hazırlanmış “Banklarda Korporativ İdarəetmə Standartları”nın yeni layihəsi üzrə fikir mübadiəsi aparılmış, bank sektoru nümayəndələrinin rəy və təklifləri müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 25 bank və 5 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.
|
|
|
|