|
|
|
Dünya xəbərləri | | | Yunanıstanın dörd iri bankı beynəlxalq maliyyə qurumlarından 18 mlrd. avro yardım alıb |
29.05.2012 | |
| |
Yunanıstanın dörd iri bankı Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan 18 mlrd. avro həcmində maliyyə yardımı alıb.
“APA-ECONOMICS”in “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə Yunanıstan Maliyyə Sabitliyi Fondundan məlumat verilib.
Maliyyə yardımı alan banklar “National Bank”, “Alpha”, “Eurobank” və “Piraeus Bank”dır. Onlar vəsaiti Avropa Maliyyə Sabitliyi Fondunun istiqrazları formasında alıblar.
www.apa.az
|
|
|
|