1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


UNESCO qərargahında Azərbaycanın İpək Yolu irsi təqdim olunur
07.04.2023

Dövlət Turizm Agentliyi UNESCO-nun Parisdəki mənzil-qərargahında “İpək Yolu” proqramının 35-ci ildönümünə həsr olunmuş konfransda geniş ekspozisiya ilə iştirak edir.

Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən birgə təşkil olunan konfransda bu ölkələrin İpək Yolu irsi nümayiş etdirilir.

Azərbaycana dair ekspozisiya ölkəmizin İpək Yolu irsinə əsaslanan turizm potensialının inkişafı məqsədilə yeni “Find your own Silk Road in Azerbaijan” şüarı altında təqdim olunur.

Ekspozisiyada Azərbaycanın İpək Yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar və eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi və mətbəx elementləri nümayiş etdirilir.

UNESCO-nun baş direktorunun müavini xanım Qabriela Ramos və digər rəsmi şəxslər Dövlət Turizm Agentliyinin təşkil etdiyi “Find your own silk road in Azerbaijan” ekspozisiyası ilə tanış olaraq ölkəmizin turizm potensialının genişləndirilməsində İpək Yolu irsinin böyük rolu olacağını vurğulayıblar. Tədbir çərçivəsində “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forum, fotomüsabiqə və elmi simpozium keçirilib, sənədli film nümayiş etdirilib.

1988-ci ildə start verilən UNESCO “İpək yolu” proqramı şərq və qərb xalqları arasında qarşılıqlı mədəni əlaqələrin araşdırılması və inkişafı istiqamətində müxtəlif təşəbbüsləri əhatə edib. 2012-ci ildən etibarən proqramın ikinci mərhələsində isə artıq ölkələr arasında tərəfdaşlıq və şəbəkənin qurulması, birgə layihələrin reallaşdırılmasına diqqət artırılıb.

Dövlət Turizm Agentliyi yaxın perspektivdə Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədi ilə inkişaf planı hazırlayıb.

Sənədə əsasən, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycanın maddi və mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, regional İpək Yolu mərkəzlərinin yaradılması, müxtəlif tədbir və festivalların həyata keçirilməsi planlaşdırılır.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment