1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinə yeni təyinat!
24.01.2023

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərində yeni Baş direktor vəzifələri təsis edilib.  

"Atəşgah" Sığorta Şirkətinin baş direktor vəzifələrinə Mustafayeva Ayla Elman qızı, İsgəndərova Könül Elman qızı, Əliyev Elvin Mirİsmayıl oğlu, “Atəşgah Həyat” Sığorta Şirkətinin baş direktor vəzifəsinə isə Həsənova Şəfəq Oqtay qızı təyin ediliblər. 

Qeyd edək ki, peşəkar fəaliyyətinə 2003-cü ildən başlayan Mustafayeva Ayla "Atəşgah" Sığorta Şirkətinin Tibbi və həyat sığortası şöbəsində mütəxəssis və şöbə müdiri, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin və Korporativ satış idarəsinin rəisi vəzifələrini layiqincə icra etmişdir. 

İsgəndərova Könül 2010-cu ildən etibarən "Atəşgah" Sığorta Şirkətinin İşlərin idarəedilməsi şöbəsinin mütəxəssisi, Kargüzarlıq şöbəsinin aparıcı mütəxəssisi və baş mütəxəssisi, İdarə Heyəti sədrinin müşavirinin köməkçisi, İdarə Heyəti sədrinin müşaviri vəzifələrini layiqincə icra etmişdir. 

Əliyev Elvin 2009-cu ildən "Atəşgah" Sığorta Şirkətinin Əməliyyat şöbəsinin mütəxəssisi, Müqavilələrin aparılması şöbəsinin rəisi, Zərərlərin tənzimlənməsi idarəsinin rəisi, Müştəri xidmətləri idarəsinin rəisi, İdarə heyəti sədrinin müşaviri vəzifələrini icra etmişdir.

“Atəşgah Həyat” Sığorta Şirkətinə Baş direktor təyin olunan Həsənova Şəfəq isə 2005-2009-cu illərdə  “Atəşgah” Sığorta Şirkətində Tibbi və həyat sığortası şöbəsinin mütəxəssisi, Sığorta idarəsinin şəxsi sığorta növləri şöbəsinin mütəxəssisi və aparıcı mütəxəssisi kimi çalışmış, 2009-cu ildən isə “Atəşgah Həyat” Sığorta Şirkətində Sığorta şöbəsinin aparıcı mütəxəssisi, baş mütəxəssisi, Həyatın qarışıq sığortası şöbəsinin rəisi, Həyat sığortası idarəsinin rəisi vəzifələrini icra etmişdir. 

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olan əməkdaşlara yeni vəzifələrində müvəffəqiyyətlər arzu edirik!

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment