1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta Fransada Qarabağı tərənnüm edən beynəlxalq layihəyə dəstək oldu!
11.11.2022

PAŞA Sığorta “Şuşa İli” çərçivəsində Qarabağ mədəniyyətini, milli geyimlərini, mədəni irsini Avropaya tanıdan “Qarabağ incilərinin Avropa sədası” layihəsinə dəstəkçi olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində Fransanın paytaxtı Parisdə növbəti görüşlər baş tutub. 

2-3 noyabr tarixlərində baş tutan görüşlərdə deputat Andre Vilye, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, "Feminin Pluriel Global" prezidenti Alexandra Origet , Azərbaycanın Dostları Assosiyasiyasının prezidenti, sabiq deputat Jerom Lamber ilə yanaşı PAŞA Sığorta ASC-nin İdarə heyətinin sədri Ülviyyə Cabbarova və şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Məruz Əzməmmədova da iştirak edib.

Layihənin tərkib hissəsindən biri olaraq 4 noyabr 2022-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində yerləşən Paris-Azərbaycan Evində “Qarabağ incilərinin Avropa sədası” adlı dəb sərgisi baş tutub.

Dəb sərgisinin açılışında çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında ətraflı məlumat verib.

Tədbirin açılışında çıxış edən  Ülviyyə Cabbarova: “Sizinlə burada görüşməkdən, ölkəmizi, Qarabağımızı təmsil etməkdən fərəh hissi keçirdiyimi bildirmək istəyirəm. Bilirsiniz ki, Qarabağın hər bir azərbaycanlının könlündə xüsusi bir yeri var. Bu gün isə Fransada, modanın, dəbin mərkəzində Qarabağ incilərinin Avropa Sədası adlı sərginin təşkil olunmasında dəstəkçi olmaq bizim üçün olduqca xoşdur, eyni zamanda qürurvericidir.”- deyə öz çıxışında bildirib.

Qarabağda yaşamın dirçəlməsinə hər zaman öz dəstəyini göstərən “PAŞA Sığorta” doğma irsimizin, mədəniyyətimizin Avropada tanıdılmasına da öz töhfəsini verib.

Həyata keçirilən sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərlərini özündə təcəssüm etdirən Qarabağ kolleksiyasına aid hazırlanmış 16 geyim, eyni zamanda, hər bir geyimə uyğun çarıq, çanta, sırğa və s. aksesuarlar nümayiş olunub.

Nümayiş olunan geyimlərin hər biri Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Layihənin son mərhələsində isə bu geyimlər Şuşada sərgilənəcək.

Layihənin tərkib hissəsi olaraq baş tutan digər görüşlərdə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.Görüşlər zamanı rəsmilərə Azərbaycanə təmsil edən dəyərli hədiyyələr də təqdim edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment