1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Rusiyada keçirilən ESG RETHINK FORUM 2022-də Azərbaycanın Rusiyadakı
11.11.2022

“Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev Rusiyada keçirilən ESG RETHINK FORUM 2022-də Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi qismində çıxış edib.

Ötən gün Moskva şəhərində ekoloji və sosial məsuliyyət və korporativ idarəetmə sahəsində mühim hadisə olan ESG RETHINK FORUM 2022 tədbiri baş tutmuşdur. Forumun gündəliyi davamlı inkişaf strategiyasının müasir kontekstdə yenidən nəzərdən keçirilməsi və onun mövcud reallıqlarda praktiki tətbiqindən ibarət olmuşdur.

ESG RETHINK FORUM 2022 şirkət rəhbərlərini, hökumət rəsmilərini və bu sahənin ekspertlərini bir araya gətirmişdir. Tədbir iştirakçıları dünyada şirkətlərin dayanıqlı inkişaf və ESG-transformasiyası konsepsiyasının tərəqqisinin problemləri və istiqamətləri ilə bağlı təcrübə və fikirlərini bölüşmüşlər.

Forum əsasən 8 istiqamətdə -  davamlı inkişaf, iqtisadi transformasiya, sosial gündəm, rəqəmsal strategiya, regionların strateji dayanıqlığı, kreativ sənayelər, gənc nəsil, idxalın əvəzlənməsi kimi mövzuları əhatə edib.

 “Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev forumda Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi qismində iştirak edib. O, Azərbaycanda ESG strategiyasının tətbiq edilmə mərhələləri haqda danışmış, cari vəziyyətin dəyərləndirilməsi ilə auditoriyanı tanış etmişdir. 

Ruslan Əliyev Azərbaycanda ilk dəfə 2021-ci ildən “Atəşgah” Sığorta Şirkəti tərəfindən ESG strategiyasının pilot layihəsinin işıq üzü gördüyünü qeyd etmiş və forum iştirakçılarına “Atəşgah” Sığorta Şirkətinin ESG prinsiplərini əsas tutaraq həyata keçirdiyi layihələri öz təqdimatında nümayiş etmişdir. Çıxışının sonunda Azərbaycan Respublikasında gənc nəslin dayanıqlı inkişafa qatdığı töhfələrdən bəhs edən Ruslan Əliyev Ümumilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclərə dəstəyindən, bununla bağlı qəbul etdiyi qərarlardan danışmışdır.

Qeyd edək ki, yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment