1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky dünya üzrə troyan-casusların fəaliyyətindən danışır
21.10.2022

Kaspersky-nin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında dünya üzrə mobil cihaz istifadəçilərinə qarşı troyan-casus proqramı hücumlarının sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29% artıb*. Bu proqramlar istifadəçinin razılığı olmadan onun şəxsi məlumatlarını toplayır və təcavüzkarlara ötürür. Onlar sosial şəbəkələr və messencerlərdə yazışmalara daxil ola, klaviatura tarixçəsini ələ keçirə və təhlil edə, ekran görüntülərini (skrinşot) çəkə bilərlər və bu onların mümkün funksionallığının tam siyahısı deyil. Zərərli proqram həm adi istifadəçilərə qarşı casusluq etmək, həm də şirkətlərə qarşı kompleks hədəfli hücumları həyata keçirmək üçün istifadə olunur.

Cihazda casus proqramın quraşdırıldığını öz-özlüyündə müəyyən etmək olduqca çətindir. Dolayı əlamətlər arasında batareyanın sürətlə boşalması və ya böyük miqdarda internet trafik sərfiyyatı var. Bununla belə, casus proqramın smartfonunuzda işlədiyindən əmin olmaq üçün təhlükəsizlik həllərindən istifadə etməli və ya mütəxəssislərlə əlaqə saxlamalısınız.

“Şəxs haqqında məlumat toplamaq üçün təcavüzkarlar və pis niyyətli şəxslər casus proqramı və ya stalker proqramından istifadə edə bilərlər. Sonuncular təqib üçün kommersiya proqramlarıdır. Adətən onlardan qurbanla yaxından tanış olanlar istifadə edirlər - bu cür proqram təminatını quraşdırmaq üçün smartfona birbaşa giriş lazımdır", - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə eksperti Viktor Çebışev bildirir.

Təqib qurbanına çevrilməmək üçün Kaspersky istifadəçilərə tövsiyə edir:

proqramları yalnız rəsmi mağazalardan yükləyin və ya təhlükəsizlik həllindən istifadə edərək quraşdırmaq istədiyiniz proqramları yoxlayın;

proqramları mütəmadi olaraq yeniləyin – yeniləmələrə birlikdə tərtibatçılar zəifliklər və səhvlər üçün düzəlişlərin daxil olduğu yamaqlar buraxırlar;

mobil cihazlar da daxil olmaqla, cihazlarınızda Android üçün Kaspersky Internet Security kimi təhlükəsizlik həllindən istifadə edin;

proqrama hansı icazələri verdiyinizə diqqət yetirin: məsələn, “fənər” tətbiqi kontaktlara giriş tələb etmir;

Əgər təqib stalker proqramı vasitəsilə həyata keçirilirsə, onu özünüz aşkarlamağa cəhd edə bilərsiniz: bunun üçün Android-də proqramların icazələrini yoxlamaq lazımdır. Tipik olaraq, stalker proqramları kamera və mikrofona girişdən, geolokasiyadan, AccessibilityService-dən istifadə edir və cihazda administrator hüquqlarına malik olur;

əgər istifadəçi öz cihazında stalker və ya casus proqramı tapırsa, onu dərhal silmək tövsiyə olunmur – təqibin təşəbbüskarı bu barədə tez bir zamanda biləcək və bu halda hansı nəticələrin meydana çıxacağı məlum deyil. 

* Anonimləşdirilmiş məlumatlar 2021 və 2022-ci ilin yanvar-sentyabr aylarında Kaspersky həllərinə edilmiş geridönüşlər əsasında əldə edilmişdir. 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment