1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Dünyada dələduzluğun və verilənlər sızmasının az qala 75%-i elektron ticarətlə bağlıdır - Visa
17.10.2022

Dünya ticarəti pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar. Bununla belə, Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Kriptovalyuta sahibləri də risk qrupundadır: onlara qarşı pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təminatı və kripto-körpü xidmətlərində həssaslıqlar istifadə olunur. 

Visa korporasiyası, rəqəmsal ödənişlər sahəsində dünya lideri, pandemiyanın pik göstəriciləri arxada qalandan sonra dələduzluğun inkişafına yenilənmiş baxışı ilə bölüşdü. Dərc olunmuş tədqiqatlarda göstərilir ki, gündəlik həyatımız canlı ünsiyyətin və onlayn alış-verişin kombinasiyasına döndüyü bir vaxtda bədəməllər həm onlayn, həm də oflayn sistemlərində zəif nöqtələr arayıb onları öz gəlir mənbələrinə çevirməyə çalışırlar.   

“Pərakəndə ticarət pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar və bununla yanaşı elektron ticarət sahəsində hiylə yolu ilə, o cümlədən ziyanəvər proqramlar, şantajçı proqramlar və fişinq hücumları vasitəsilə qanunsuz vəsait qazanmağa can atırlar,” – deyərək Visa-nın risklərin idarə edilməsi üzrə direktoru Pol Fabara qeyd etdi.

6 oktyabrda Visa ilə əməkdaşlıqda iki yeni qlobal araşdırma – Visa-nın “Təhlükələrə dair” ikiillik hesabatı (Visa Biannual Threats Report) və Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” adlı icmalı (Moving Money in a Digital World) dərc olunub. Bu hesabatlarda post-pandemiya iqtisadiyyatı üçün mövcud və yeni təhdidlər işıqlandırılır.  

Elektron ticarət və kripto istifadəçiləri – innovativ dələduzluq üçün cəlbedici hədəflər

Pandemiya nəticəsində inkişafı xeyli sürətlənmiş rəqəmsal ticarət kiber-cinayətkarlar üçün ən əlverişli sahə olaraq qalır.  

Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Elektron ticarət platformalarını və yanakı kodların inteqrasiyasını hədəfləyən rəqəmsal skimminq hücumları da olduqca geniş yayılıb. 

Bu təhdidlər qarşısında elektron mağazalar üçün internet saytlarında və ödəmə səhifələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsi bir zərurətə çevrilir və onu nümayiş etdirir ki, kart sahiblərinin məxfi səhifələrində xarici kodların istifadəsinin qarşısını almaq üçün müvafiq zəmanətlər tələb olunur. 

Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” (Moving Money in a Digital World - MIT Technology Review) icmalı çərçivəsində keçirilmiş sorğuda respondentlərin 42%-i qeyd edib ki, təhlükəsizlik tədbirləri onların müştəriləri üçün həlledici əhəmiyyət kəsb edir, 59%-i isə etiraf edib ki, kiber-təhlükəsizliyə təhdidlər rəqəmsal ödənişlərin genişləndirilməsində ən böyük əngəldir. Bir çoxları artırılmış təhlükəsizlik vasitələrinə, o cümlədən rəqəmsal tokenlərə (32%), süni zəka və genişləndirilmiş qeydiyyat və giriş tələblərinə (42%) üstünlük verdiyini söyləyiblər.   

Ənənəvi valyutalara hücumlarla yanaşı, bədəməllər kriptovalyuta istifadəçilərinin aldadılması üçün yeni taktikalara, o cümlədən pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təminatı, eləcə də fişinq və sosial mühəndislik sxemlərində yeniliklərə əl atırlar. Kripto-körpü xidmətləri də fırıldaq hədəfinə çevrilir. 2022 ilin yanvar və fevral aylarında üç böyük qarət hadisəsi nəticəsində kiber-quldurlar, müxtəlif kripto-körpü xidmətlərində zəifliklərdən yararlanaraq, 400 milyon ABŞ dollarından artıq qanunsuz vəsait əldə ediblər. 

Müdafiə: Vısa-nın müştərilərə vədi

Mövcud kiber-cinayətkarlıq riskləri üzündə Visa dələduzluqla mübarizəni gücləndirir. Son beş ildə Visa şəbəkə təhlükəsizliyinə 9 milyarddan artıq yatırım edib. Visa şirkətində onun şəbəkəsini ziyanlı proqramlar, sıfırıncı gün hücumları və daxili təhdidlərdən 24 x 7 x 365 qoruyan, öz işinə sadiq mindən çox mütəxəssis çalışır. Visa öz ekosistemini qorumaq üçün həmçinin süni zəkanın imkanlardan geniş istifadə edərək  və sahə ekspertləri ilə daima əlaqədə olaraq, milyardlarla dollar ilə ölçülən dələduzluq cəhdlərini öncədən aşkar edib zərərsizləşdirir. Faktiki olaraq, son 12 ayda süni zəkanın köməyi ilə real zaman rejimində keçirilən monitorinq toplam 4.2 milyard dollar məbləğində dələduz ödənişləri bloklayıb. Bu səbəbdən bir çox müştəri mümkün dələduzluqla üzləşdiyini heçdə güman etmir.

Ödəmə dələduzluğu haqqında daha ətraflı məlumat əldə etmək üçün Visa.com saytında “Təhlükələrə dair” ikiillik hesabatı ilə tanış olun. Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” icmalının tam mətnini bu keçidlə tapa bilərsiniz.

 

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment