|
|
|
Dünya xəbərləri | | | Hindistan brilyant ixracını 35% azaldıb |
25.05.2012 | |
| |
Bu ilin aprel ayında Hindistandan brilyant ixracı illik müqayisədə 35% azalaraq 1,334 mlrd. dollara enib.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının stimullaşdırılması üzrə Şura açıqlama yayıb.
Hesabat dövründə brilyant idxalı 76% azalaraq 355,4 mln. dollara düşüb. Bu ilin yanvar aprel aylarında isə Hindistanda brilyant ixracı 41% (6,668 mlrd. dollara qədər), idxalı 72% (2,675 mlrd. dollara qədər) azalıb.
www.apa.az
|
|
|
|