|
|
|
Sığorta | | | “AtaSığorta” ASC-də yeni təyinat |
05.10.2022 | |
| |
İdarə Heyətinin qərarına əsasən, xidmət səviyyəsinin artırılması məqsədilə 2014-cü ildən sığorta sektorunda çalışmış, kifayət qədər geniş təcrübəyə malik olan Məmmədov Orxan Qalib oğlu 05 oktyabr 2022-ci il tarixdən Cəmiyyətin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.
|
|
|
|