Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Mediasiya Şurası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının rəhbər heyətləri arasında görüş keçirilib. Görüşdə Mediasiya Şurası ilə yerli sığorta bazarı iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.
Tərəflər çıxışlarında sığorta sektorunda yarana biləcək mübahisələrin mediasiya vasitəsilə alternativ həlli imkanlarını yüksək dəyərləndiriblər.
Daha sonra qurumlar arasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev və Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilovun iştirakı ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumda qeyd olunur ki, iki qurum ölkədə sığorta və mediasiya xidmətlərinin geniş yayılması məqsədi ilə növbəti mərhələdə birgə layihələr icra edəcək.