“Bilik Günü” ilə əlaqədar olaraq “Azərsığorta” şirkəti tərəfindən Bakıətrafı qəsəbələrdə yaşayan bir qrup aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları təqdim edilmişdir.
Məlumat üçün bildirək ki, “Azərsığorta” şirkəti korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq növbəti ildə də sosial layihələrin həyata keçirilməsi işlərini uğurla davam etdirəcək.
Xatırladaq ki,“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.