1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan “Master Sürücü Bonusu” kampaniyası!
09.09.2022

Avtomobil idarə edərkən tıxaclı, təhlükəli, stressli hərəkət rejimində sürücülər diqqətli olmalı və baş verə biləcək qəza hallarına dərhal reaksiya verməyi bacarmalıdırlar. Hadisənin qaçınılmaz bir həqiqət olduğunu nəzərə alaraq, hər an baş verə biləcək gözlənilməz xərclərdən sığortalanmaq istəyən sürücülərimizə PAŞA Sığorta xüsusi endirimlər təklif edir. Necə deyərlər, “Ehtiyat igidin yaraşığıdır.”

Təcrübəli sürücüləri nəzərə alaraq, PAŞA Sığorta Tam KASKO avtomobil sığortası üzrə “Master Sürücü Bonusu” adlı yeni kampaniya elan edir.

İcbari avtomobil sığortası üzrə 10% və daha çox Bonus Malus endiriminə malik müştərilərə TAM KASKO məhsulu üzrə sığorta haqqına endirimlər tətbiq olunur. Endirim faizləri icbari avto bonus əmsalına əsasən 10% və ya 15% olaraq tətbiq ediləcək. Kampaniya 07.09.2022-07.10.2022 tarixlərində qüvvədə olacaq.

Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndi

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment