|
|
|
Sığorta | | | “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv təyin olunub |
29.06.2022 | |
| |
Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzv seçilib. Belə ki, Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah Sığorta Şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra etmişdir.
Atəşgah Sığorta Şirkəti adından Rüfət Ağazadəyə yeni peşəkar fəaliyyətində uğurlar arzu edirik!
|
|
|
|