Radicati Group beynəlxalq tədqiqat agentliyi Kaspersky-ni son cihazların müdafiəsi sahəsində aparıcı şirkətlər (Top Player) sırasına daxil edib. Kaspersky Optimum Security həlli ardıcıl olaraq doqquz il yüksək qiymətlər alıb. Azərbaycanda o, Biznes üçün Kaspersky EDR Optimal və Kaspersky Managed Detection and Response Optimum məhsulları ilə təmsil olunur.
Kaspersky-nin məhsullar "resursları qənaətlə istehlak edən yüksək məhsuldar texnologiyalar" kateqoriyasında beynəlxalq səviyyədə tanınıb. Onlar həyati vacib sistem proseslərini qoruyur və maşın öyrənməsinə əsaslanan aşkarlama və yaddaş qoruma mexanizmlərindən istifadə edərək məlumat sızmalarının qarşısını alır. Hesabatda həmçinin vurğulanır ki, şirkətin həlləri geniş spektrli əməliyyat sistemləri və virtual mühitləri dəstəkləyir, “heterogen infrastruktura malik təşkilatlarda təhlükəsizlik idarəçiliyini sadələşdirir”.
Qeyd olunur ki, şirkətin texnologiyalarından istifadə asandır. Hesabata görə Kaspersky Security Center təşkilatlara son cihazların statusu ilə bağlı bütün məlumatları vahid cihazda görməyə, zəifliklərin cəld qiymətləndirilməsini həyata keçirməyə və onları avtomatik olaraq düzəltməyə, inzibatçılar üçün hesabatlar əldə etməyə imkan verən hərtərəfli alətdir. Vahid həll daxilində prosesin yüksək səviyyədə avtomatlaşdırılması adəti əməliyyatları yerinə yetirərkən vaxta qənaət edir.
“Müasir təhlükə mənzərəsi, həmçinin hibrid və uzaqdan iş formatlarının artan populyarlığı kimi biznes meylləri etibarlı kibermüdafiə həllərinə ehtiyacı müəyyən edir. Təşkilatlara kiber riskləri azaltmağa kömək etmək üçün son cihazların müdafiəsini təmin edən məhsullarımızı daim təkmilləşdiririk. Son nəsil çoxqatlı mühafizənin əlavə proaktiv texnologiyalarla birləşməsi şirkətin infrastrukturunda bütün iş yerlərinin təhlükəsizliyini təmin edir. Şadıq ki, mütəxəssislər icması bizim bu sahədə səylərimizi yüksək qiymətləndirib”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edib.
Radicati Group-un “Son cihazların müdafiəsi: 2021-ci il üçün bazar qiymətləndirməsi” hesabatının tam versiyası ilə burada tanış ola bilərsiniz.
Kaspersky haqqında
Kaspersky - 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi və rəqəmsal məxfilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və illərə söykənən təcrübəsi bizneslər, həyati vacib infrastruktur, hökumətlər və son istifadəçilərin təhlükəsizlyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin əsasını təşkil edir. Kaspersky-nin ın geniş məhsul və xidmət portfelinə son cihazların müdafiəsi üçün ən müasir məhsullar, eləcə də mürəkkəb və daim inkişaf edən kibertəhdidlərlə mübarizə üçün bir sıra ixtisaslaşmış həllər və xidmətlər daxildir. Kaspersky texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçini və 240 000 korporativ müştərini qoruyur. Daha ətraflı məlumatı http://www.kaspersky.ru/saytından əldə edə bilərsiniz.