Fəaliyyət dövrü ərzində vizyonuna sadiq qalaraq ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmış, sosial məsuliyyət yönümlü mühim addımlara imza atmışdır. Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən “Atəşgah” Sığorta Şirkəti bugünədək sözügedən məqamlara diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir.
Ötən gün təbiətimizi qorumaq naminə “Atəşgah” Sığorta Şirkəti tərəfindən keçirilən korporativ sosial məsuliyyət yönümlü tədbirlər sırasına daha bir “trashtag” aksiyası da əlavə olundu. 5 İyun Ətraf-Mühitin Mühafizəsi Günü və çimərlik mövsümünün açılışı münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində keçirilən bu tədbirdə “Atəşgah” Sığorta komandası tərəfindən dənizkənarındakı məişət tullantıları toplanaraq, emal üçün müvafiq quruma təqdim edilmişdir.
Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. “Atəşgah” Sığorta Şirkətinin sosial məsuliyyət yönümlü layihə və tədbirlərinin əsas məqsədlərindən biri də ətraf mühitin qorunmasını qurumlar və insanlar arasında təbliğ etmək, daha çox insan kütləsini sosial məsuliyyətli olmağa çağırmaqdır.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.