A-Qroup sığorta şirkəti zamanın tələblərini nəzərə alaraq xidmət keyfiyyətinin yüksəldilməsi üçün daim çalışır və yerində durmur. Xatırladaq ki, 2016-cı ildə A-Qroup sığorta bazarında müştəriləri üçün mobil tətbiq (“A-Group Mobile Concierge”) təqdim edən ilk sığorta şirkəti olmuşdur. Şirkətimiz müştərilərinə daha da rahat olması üçün mobil tətbiqin funksionallığını təkmilləşdirməyə davam edir. Nəticə - mobil tətbiq artıq bütün sığorta növləri üzrə xidmətlərdən 24/7 rejimdə istifadə etmək imkanı ilə genişləndirilmiş funksionallığa malik yenilənmiş versiyadadır və interfeys dizaynı istifadəçilər üçün daha da əlverişli hala gətirilmişdir.
“A-Group Mobile Concierge” mobil tətbiqin üstünlüyü ondan ibarətdir ki, o, əksər proseslərin daha rahat və daha sürətli işləməsinə kömək edir. İndi xidmətləri sifariş etmək daha asan, daha sürətli və daha rahat oldu!
Sığortalı ofisə gəlmədən ödənişləri ödəyə, edilən ödənişləri izləyə, yol-nəqliyyat hadisəsi barədə məlumat verə, sığorta ödənişlərinin məbləğini öyrənə, şikayət ərizəsi yaza və bədbəxt hadisə zamanı dəstək ala bilər. Mobil tətbiqdə bütün məlumatlar nisbətən sadə və başa düşülən şəkildə təqdim olunur ki, istənilən istifadəçi mobil tətbiqdə qeyd edilənləri dərhal başa düşə və rahatlıqla istifadə edə bilsin.
"A-Group Mobile Concierge" aşağıdakıları təmin edir:
• SOS düyməsi vasitəsi ilə A-Qroup-la təcili əlaqə:
- xəstəlik və ya yol-nəqliyyat hadisəsi zamanı sığorta şirkətinə telefonla zəng vurmağa ehtiyac yoxdur. SOS düyməsini bir dəfə klikləməklə sığorta şirkəti yardımın hara gedəcəyini dərhal müəyyən edir;
- Sığortalı özü qəza komissarını gözləmədən lazım gələrsə hadisə yerinə təcili yardım və ya evakuator xidmətini çağıra bilər;
• Ən yaxın klinika, aptek və ya optikanın axtarışı:
- klinikaların reytinqi ilə tanış olmaq;
- xəritədə sizə lazım olan obyektə qədər olan məsafəni təyin etmək;
- ən qısa marşrutu əldə etmək və klinikanı qiymətləndirimək imkanı;
• Seçilmiş həkimin qəbuluna onlayn qeydiyyat, həmçinin həkim haqqında məlumat almaq (təhsil, ixtisas, təcrübə və s.), habelə həkimi qiymətləndirmək imkanı;
• Könüllü tibbi sığorta üzrə geri ödənişlər üçün sənədlərin onlayn təqdim edilməsi:
- ofisə getmədən sənədləri birbaşa tətbiqə əlavə etmək imkanı, ödənişi geri almaq üçün sənədlərin elektron surətini sığorta şirkətinin elektron ünvanına göndərmək imkanı;
• Sığorta kalkulyatoru vasitəsilə A-Qroupun təqdim etdiyi istənilən sığorta müqaviləsinin (KASKO, tibbi sığorta, əmlak və s.) dəyərini hesablamaq və onlayn sifariş etmək mümkündür. Məsələn, KASKO sığortasının dəyərinin ilkin hesablanması bir dəqiqədən çox çəkmir və avtomobil üçün sənədlərin yüklənməsini tələb etmir. Sənədlər yalnız qeydiyyat üçün müraciət edərkən lazım olacaq;
• Şəxsi kabinet - burada bütün sığorta müqavilələri üzrə məlumatlar saxlanılır: avtomobil sığortası (KASKO), tibbi sığorta, səyahət sığortası, əmlak sığortası və s. Sığorta müqaviləsinin bitmə tarixini xatırladan qeydiyyat. Funksional Şəxsi kabinet hər bir mərhələyə nəzarəti xeyli asanlaşdırır və hər hər iki tərəfin qarşılıqlı əlaqəsini rahatlaşdırır.
• Sığorta hadisəsinin statusunu və qeydiyyat üzrə məlumatları real vaxt rejimində izləmək imkanı.
“A-Group Mobile Concierge” tətbiqi IOS və Android əməliyyat sistemləri əsasında işləyən mobil cihazlar üçün nəzərdə tutulmuşdur. Cihazlardan istifadə edərək 24/7 rejimdə xidmətlər əldə etmək üçün “A-Group Mobile Concierge” mobil tətbiqini aşağıdakı linkdən yükləmək olar:
Android - https://bit.ly/3u7Tblr
iOS - https://apple.co/3DD080Q
A-Qroup-un həyata keçirdiyi bütün innovativ və təkmilləşmə, xidmətlərin və proseslərin mərkəzində həmişə müştəri, onlara qayğı və gözləntilərini qarşılamaq istəyi dayanır. İndi “A-Group Mobile Concierge” mobil tətbiqinin yenilənmiş versiyası ilə xidmətlərin sifarişi daha da asan, sürətli və daha rahat oldu! A-Qroup müştərilərin rahatlığı üçün mobil tətbiqinin funksionallığını təkmilləşdirməyə davam edir.
Tətbiqi quraşdırın və ofisə getməyə vaxt sərf etməyin! Bu çox sadədir!