1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky özünün Kaspersky Cyber Immunity® əmtəə nişanını ABŞ-da qeydiyyatdan keçirib
25.05.2022

Kaspersky tərəfindən hazırlanmış və KasperskyOS əməliyyat sisteminin əsasını təşkil edən kiberimmunitet konsepsiyası ticarət nişanına çevrilib. 2022-ci ilin mart ayında ABŞ Patent və Əmtəə Nişanları İdarəsi KASPERSKY CYBER IMMUNITY® ticarət nişanını qeydiyyata alıb. Şirkət daha əvvəl də bənzər ticarət nişanını Böyük Britaniyada, Cyber Immunity-ni isə Rusiyada qeydiyyatdan keçirib.

Kiberimmunitet konsepsiyası özündə Secure-by-Design yanaşmasını – İT həllinin layihələndirilmə mərhələsində kibertəhlükəsizlik mexanizmlərinin yaradılmasını ehtiva edir. Bu yanaşmanın prinsipləri bəzi ölkələrin tənzimləyici orqanlarının sənədlərində öz əksini tapıb. Məsələn, Sinqapur Kibertəhlükəsizlik Agentliyi bu barədə Security-by-Design Framework -un bir hissəsi kimi danışır. Həmçinin, ev üçün əşyaların interneti ilə bağlı ETSI EN 303 645 V2.1.1 standartı mövcuddur. AWS kimi proqram təminatı tərtibatçıları artıq öz xidmətləri üçün bu yanaşmadan istifadə edirlər.

Əmtəə nişanının qeydiyyatı Kaspersky-yə məhsullarını fərdiləşdirmək üçün Kaspersky Cyber Immunity®-dən istifadə etməyə müstəsna hüquq verir. Bundan əlavə, o, əmtəə nişanının müəyyən meyarlar əsasında müvafiq ölkələrin səlahiyyətli orqanları tərəfindən yoxlanılmış fərqli xüsusiyyətlərə malik olduğunu təsdiq edir. Müəlliflik hüququ sahibi olaraq şirkət öz məhsullarında, o cümlədən, etiketlərdə və qablaşdırmada, internet saytında, reklamda, sənədləşmədə, xidmətlər göstərərkən və iş görərkən əmtəə nişanını yerləşdirə, habelə bütün digər şəxslərin eyni və ya oxşar müəllif hüquqları sahibinin icazəsi olmadan əmtəə nişanının qeydiyyata alındığı ərazilərdə onunla eyni və ya çaşdırıcı dərəcədə oxşar işarələrin bənzər mal və xidmətlər üçün istifadəsini qadağan edə bilər. Kiberimmunitet İT məhsulunun əlavə (yerləşdirilmiş) təhlükəsizlik vasitələrindən istifadə etmədən haker hücumlarına müqavimət göstərmək qabiliyyətini nəzərdə tutur. Belə sistemə edilən kiberhücum növlərinin böyük əksəriyyəti səmərəsizdir və onun həyati vacib funksiyalarının icrasına təsir göstərə bilməz. İT məhsullarına KasperskyOS-dan bir inkişaf platforması kimi istifadə etməklə və həllin yaradılması zamanı xüsusi metodologiyaya riayət etməklə kiber toxunulmazlıq qazandırmaq mümkündür. Bu metodologiya İT məhsulunun təhlükəsizlik məqsədlərinin və əməliyyat şəraitinin müəyyən edilməsini, sistemin təcrid olunmuş təhlükəsizlik domenlərinə bölünməsini və bu domenlər arasında məlumat axınına nəzarəti ehtiva edir.

“Kaspersky Cyber Immunity® ticarət nişanının beynəlxalq miqyasda qeydiyyatı yarandığı andan kiberdavamlılığa malik sistemlər üçün yeni bazar yaratmaq istiqamətində görülən məqsədyönlü işin sübutudur. Bu cür tanınma həm həmin həlləri yaradan komanda daxilində, həm də bazar analitikləri və müştərilər arasında vacibdir. İndi ilk IoT şlyuzu olan Kaspersky IoT Secure Gateway 100 bütün dünyada tanınan unikal təyinata malikdir. KasperskyOS-a əsaslanan bütün gələcək məhsullarımız eyni təyinata malik olacaq. Kiberimmunitet konsepsiyası rəqəmsal transformasiya vacib tərkib hissəsidir”, - deyə KasperskyOS əsaslı həllər üçün biznesin inkişafı şöbəsinin rəhbəri Andrey Suvorov qeyd edib.

Kiberimmunitet konsepsiyası və KasperskyOS əməliyyat sistemi haqqında daha ətraflı buradan oxuya bilərsiniz. 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment