1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib
16.05.2022

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyası olan Kaspersky Endpoint Security Cloud Pro-nu təqdim edib. Əsas müdafiə və idarəetmə funksiyalarına əlavə olaraq, məhsul insidentlərə avtomatik cavab vermək, proqram idarəçiliyi və məlumatların uzaqdan təmizlənməsi imkanlarına malikdir. Məhsulun tərkibinə həmçinin İT mütəxəssisləri üçün kibertəhlükəsizlik üzrə təlimlər də daxil edilib.

Kaspersky-nin məlumatına görə* İT infrastrukturunun artan mürəkkəbliyi və informasiya sistemlərinin təhlükəsizliyi üzrə mütəxəssislərin ixtisas bilik və bacarıqlarının təkmilləşdirilməsinin vacibliyi kiçik və orta biznesi kibertəhlükəsizliyə investisiyaları artırmağa həvəsləndirən iki əsas amildir.

Təkmilləşdirilmiş hücumların aşkarlanması və aradan qaldırılmasına yüksək tələbat, biznesin hücum zənciri haqqında təsəvvür yaratmağa imkan verən “İlkin səbəb” funksiyasına marağı ilə öz təsdiqini tapır. Kaspersky Endpoint Security Cloud Plus versiyasında mövcud olan bu funksiya məhsul istifadəçilərinin təxminən 80%-i tərəfindən aktivləşdirilib. Kaspersky Endpoint Security Cloud Pro versiyasına İT administratorlarına təkcə hücumun inkişaf yolunu vizuallaşdırmağa deyil, həm də ona bir neçə düymə toxunuşunda cavab verməyə imkan verən əsas EDR funksionallığı daxil edilib. Burada bir neçə variant təklif olunur: şübhəli faylları karantinə göndərmək; şəbəkə üzərindən sonrakı yayımı dayandırmaq üçün hostları təcrid etmək; sistem boşluğu göstəricilərini axtarmaq. Əgər hücum bir kompyuterdə aşkar edilər və dayandırılarsa, administrator digər cihazlarda da sistem boşluğu göstəricilərini tapa bilər.

Təkmilləşdirilmiş həllə həmçinin İT mütəxəssislərinin əsas kibertəhlükəsizlik proseslərini idarə etmək üçün lazım olan bacarıqları əldə etməyinə kömək edə biləcək daxili onlayn təlim də əlavə edilib. Təlim nəzəri və praktiki hissələrdən, məşqlərdən, təqlidi mühitdə interaktiv tapşırıqlardan ibarətdir. Tədris modulları administratorun bulud əsaslı veb konsolunda açılır.

Kaspersky Endpoint Security Cloud Pro, Plus versiyası kimi veb resurslar və xarici cihazlar üzərində nəzarəti təmin edir. Bundan əlavə, həllə proqram idarəetmə funksionallığı, eləcə də adaptiv anomaliya nəzarəti əlavə edilib. Bu komponent korporativ şəbəkədəki kompüterlərə xas oolmayan əməliyyatları izləyir və bloklayır. Həmçinin, yeni məhsul cihaz itirildikdə və ya oğurlandıqda məlumatları uzaqdan silməyə imkan verir və BadUSB komponenti sayəsində klaviaturanı təqlid edən yoluxmuş USB qurğularının kompüterə qoşulmasına imkan vermir.

“Kibertəhlükəsizlik rəqəmsal transformasiya həyata keçirən və yeni trendlərə tez uyğunlaşmaqda maraqlı olan amma paralel olaraq öz proses və xidmətlərini qorumağa can atan şirkətlər üçün əsas prioritetlərdən biridir. Kaspersky Endpoint Security Cloud Pro həlli sadə və başa düşülən formatda qabaqcıl mühafizə texnologiyaları təklif edir”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Kaspersky Endpoint Security Cloud haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

* “Biznesin informasiya təhlükəsizliyi sorğusu” 2021-ci ilin may-iyun aylarında Kaspersky tərəfindən aparılıb. Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303 mütəxəssisi iştirak edib.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment