1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” SIĞORTA MƏHSULU TEZLİKLƏ QÜVVƏYƏ MİNƏCƏK!
18.03.2022

Ötən gün “Atəşgah” Sığorta Şirkəti, “Azərpoçt” MMC, “AzRe Təkrarsığorta” Şirkəti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) rəhbər heyətlərinin iştirakı ilə  görüş baş tutub. Görüşün gündəmində yeni yaranan “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta məhsulu, sözügedən şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə olunub. Belə ki, “Atəşgah” Sığorta Şirkəti və AzRe təkrarsığorta Şirkəti ilə birgə yaradılmış bu sığorta məhsulunun yaxın vaxtlarda müştərilərin istifadəsinə verilməsi planlaşdırıldığı açıqlanıb. 

Bu sığorta məhsulu quru yolu ilə həyata keçirilən beynəlxalq daşımalara şamil olunur. Transport zamanı yükün itməsinə, məhv olmasına, yaxud korlanmasına görə sığortalı daşıyıcının yükgöndərən və ya alıcı qarşısında olan mülki məsuliyyətini sığorta təminatı altına alır. Sığorta təminatı daşıyıcının yükü yükgöndərəndən təhvil aldığı zamandan qüvvəyə minir, alıcıya təhvil verdikdən sonra qüvvədən düşür.

Sığortalılar əlavə sığorta haqqı ödəməklə digər mülki məsuliyyətlərə görə də təminatlar əldə edə bilərlər:

Yükün yanlış ünvana çatdırılması nəticəsində yaranmış maddi ziyana görə mülki məsuliyyət; 

Yükün daşınması zamanı daşınan yükün/konteynerin sәbәb olduğu üçüncü şәxslәrin hәyatına, sağlamlığına, әmlakına, o cümlәdәn әtraf mühitә dәymiş ziyana görә mülki məsuliyyət

Xidmətin əlçatanlığının təmin olunması və prosesin asanlaşdırılması məqsədilə “Azərpoçt” MMC bu sığorta paketinin bütün nəzarət-keçid məntəqələrində təqdim olunmasını təşkil edir. TIR sürücüləri və sahibkarlar uzağa getmədən, gömrük-sərhəd buraxılışlarında yerləşən “Azərpoçt” məntəqələrində və digər “Azərpoçt” şöbələrində “Avtomobillə yük daşıyıcılarının mülki məsuliyyəti” sığorta xidmətindən faydalana bilərlər.

Sığorta bazarında çox ehtiyac duyulan bu məhsul ilə tezliklə sığortalanmaq mümkün olacaqdır. Məhsul haqda əlavə məlumat üçün 940 çağrı mərkəzi və a@z.com elektron ünvanına müraciət edə bilərsiniz.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment