1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA yazı müsabiqəsinin qaliblərini açıqladı
24.02.2022

Azərbaycan Sığortaçılar Assosiasiyasının jurnalistlər arasında təşkil etdiyi yazı müsabiqəsi layihəsi yekunlaşıb.

ASA-dan verilən məlumata görə, Assosiasiyanın 2021-ci ilin 1 dekabr tarixində jurnalistlər arasında start verdiyi “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusuna həsr olunmuş yazı müsabiqəsi layihəsi sona çatıb və qaliblər bəlli olub.

Yazı müsabiqəsində 1-ci yerə “Sığorta xidmətləri bizi əhatə edən risklərə kifayət qədər dolğun təminat verə bilir” başlıqlı yazısı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Samirə Quliyeva, 2-ci yerə “Günə 8 qəpik ödə, sığortalı evdə otur: Eviniz, obyektiniz, malınız necə sığorta olunmalıdır? – Hesablama qaydası” başlıqlı yazısı ilə “Ena.az” iqtisadi xəbər agentliyinin baş redaktoru İlhamə Xanlarqızı, 3-cü yerə isə “Risklərin idarə edilməsində sığortanın rolu” başlıqlı yazısı ilə “İndex.az” iqtisadiyyat xəbərləri portalının müxbiri Kəmalə Alıyeva layiq görülüb.

Bu münasibətlə Azərbaycan Sığortaçılar Assosiasiyasının inzibati binasında qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq müəyyənləşdirilmiş pul mükafatları və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandumu çərçivəsində təşkil olunub.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment