1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


İşdə oynaya biləcəyiniz interaktiv kvest: Kaspersky “[Dis]connected”-i təqdim edir
11.02.2022

Kaspersky tam yeni olan bir məhsulunu təqdim edib - mobil kibertəhlükəsizlik kvesti olan [Dis]connected. Bu, kibertəhlükəsizlik davranışı bacarıqlarını inkişaf etdirməyə imkan verən interaktiv vizual novella janrında bir macəradır. Oyun ənənəvi korporativ rəqəmsal savadlılıq təlimləri xəttini tamamlayır. O, milli təhsil və media layihələrinə inteqrasiya oluna bilər.

Kaspersky-nin sorğusuna* görə dünya üzrə iri müəssisələrin təxminən 50%-i mütəmadi olaraq işçiləri üçün kibertəhlükəsizlik üzrə təlimlər keçirir. Lakin ənənəvi tədris formatları həmişə effektiv olmur. Onlar çox vaxt darıxdırıcı bir tapşırıq kimi qəbul edilir. Bir çox təlim iştirakçıları kibertəhlükəsizlik məsələlərinin onların həyatına nə dərəcədə aid olduğunu anlamır. Nəticədə insanlar hətta təlimi bitirdikdən sonra belə əksər hallarda köhnə vərdişlərinə əməl etməyə davam edir və əldə etdikləri biliklərdən heç bir şəkildə istifadə etmirlər. Oyunçu (gamer) texnologiyaları daha effektiv vasitədir, çünki rəhbərin video oyun oynamaq təklifi vebinar və ya kurslara dəvətdən daha cəlbedici görünür.

Kaspersky-nin mobil kvesti insanı gələcəyə kökləyir - burada ağıllı köməkçilər səhər yeməyi hazırlamağa kömək edir və insan bədəninə yerləşdirilmiş çiplər və sualtı evlər isə adi haldır. Oyunun məqsədi iş və şəxsi həyat arasında tarazlıq tapmaq, həm karyerada, həm də münasibətlərdə uğur qazanmaqdır. Hekayənin baş qəhrəmanı olan iştirakçı protez istehsal edən zavodda işləyir. Bu zavod rəqib bir müəssisə tərəfindən alınmaq üzrədir, artıq sövdələşmə gedir. Bunun nə dərəcədə uğurlu olacağı oyunçudan asılıdır. Oyun zamanı o, həmkarları ilə yaxşı münasibət saxlamağa və məhsuldar qalmağa çalışmalı, həmçinin birlikdə az vaxt keçirdikləri üçün əsəbiləşən tərəfdaşından ayrı qalmaqdan yayınmalıdır. Hər bir addım digərləri ilə bir-birinə bağlıdır. Məsələn, həmkarınızla münaqişə səbəbindən layihədəki mühüm dəyişiklikləri öyrənə bilməzsiniz və çox danışırsınızsa, işin son təhvil tarixini qaçıra bilərsiniz.

Kibertəhlükəsizlik elementləri də oyuna daxil edilib. Onlar məqsədlərə çatmağa təsir göstərirlər. Məsələn, orqanizminizə daxil edilmiş çipi vaxtında yeniləməsəniz, layihəni vaxtında bitirə bilməyəcəksiniz. Bütün oyun boyunca şifrələr, hesablar, e-poçt, brauzer, sosial şəbəkələr və messencerlər, kompüter və mobil təhlükəsizliklə bağlı 24 qərar qəbul etməli olacaqsınız. Yekun nəticə qəbul edilən qərarların cəmindən asılıdır. Sonda iştirakçı şəxsi və iş problemlərinin həllinin öhdəsindən nə dərəcədə yaxşı gəlməsi, həmçinin kibertəhlükələrə necə tab gətirə bilməsi üzrə qiymətləndirilir. 

Oyun bir saatdan bir qədər çox davam edir və məlumatın mənimsənilməsini asanlaşdırmaq üçün on dəqiqədən çox olmayan bir neçə bloka bölünür. [Dis]connected kibersavadlılıq kursunu tamamlamaq üçün əla seçimdir. Onun köməyi ilə siz əldə etdiyiniz bilikləri ümumiləşdirib təcrübi olaraq tətbiq edə bilərsiniz.

 “[Dis]connected hər gün verdiyimiz qərarlar, qarşımızda duran dilemmalar haqqında bir oyundur. Müasir texnologiyalar bizə bir çox üstünlüklər verir, lakin eyni zamanda bilməli olduğumuz vacib təhlükəsizlik riskləri də var. Bizim yeni kvestimiz təkcə innovasiyalardan ehtiyatla istifadə etməyi öyrənməyə deyil, həm də informasiya təhlükəsizliyinin əslində həyatımıza nə qədər daxil olduğunu daha yaxşı anlamağa kömək edəcək”, – Kaspersky Academy-nin rəhbəri Denis Barinov bildirib.

“Şirkət işçiləri arasında rəqəmsal savadlılığın əhəmiyyəti barədə söhbətlərin hər yerdə getdiyinə baxmayaraq, biliyin bu aspekti hələ də bir çox təşkilatlar üçün zəif bənd olaraq qalır”, - Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əlavə edib. “Təcrübəmiz göstərir ki, materialın ənənəvi formal təlimdən fərqli olaraq oyun formatında təqdimatı işçilərdə maraq oyatmağa və dəyərli məlumatları ən asan şəkildə çatdırmağa kömək edəcək”.

Hazırda oyun yalnız korporativ müştərilər üçün mövcuddur və Android və iOS cihazları üçün versiyalar hazırdır. Pulsuz demo versiyaları AppStore və Google Play-dən yükləmək olar.

Daha çox məlumat üçün: https://media.kaspersky.com/ru/business-security/enterprise/kaspersky_disconnected_datasheet.pdf 

* “Biznesin informasiya təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2021-ci ilin may-iyun aylarında keçirilib. Sorğuda 31 ölkədən 50-dən çox əməkdaşı olan şirkətlərin 4303 mütəxəssisi iştirak edib.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment