|
|
|
Sığorta | | | PAŞA Sığorta daha bir tenderin qalibi seçildi! |
03.02.2022 | |
| |
Bir çox nüfuzlu iri şirkətin həyata keçirdiyi tenderin qalibi olan “PAŞA Sığorta” şirkəti ilin ilk ayında daha bir tenderdə qalib seçildi. Belə ki, SOCAR Downstream tərəfindən keçirilən tenderin sorğusu müəyyənləşmiş və nəticədə şirkətə məxsus avtomobillərin KASKO sığortası xidməti “PAŞA Sığorta”ya həvalə olunmuşdur.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir
|
|
|
|