1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Donuz Peppa”, “Qızlar” və Ariana Grande: uşaqlar 2021-ci ilin payızında internetdə nə ilə maraqlanıblar
14.01.2022

Kaspersky 2021—ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını təhlil edib.*

Sentyabrdan noyabradək uşaqlar zamanlarının çoxunu YouTube-da keçiriblər (on ən tanınmış tətbiqdə keçirilən ümumi vaxtın 31%-i). İkinci yerdə 19% payla WhatsApp, üçüncüdə isə 18,8% göstəricisiilə TikTok gəlir. 

Uşaqların YouTube-da ən çox axtardığı məzmun oyunlarla bağlıdır. Bu cür sorğuların payı 28% təşkil edib. Onlar daha çox oyun blogerlərinin kanallarını tapmağa çalışıblar, ən populyar oyun isə Minecraft olub. YouTube-da ilk üçlükdə MrBeast, EdisonPts və Paluten səhifələri yer alıb, ən çox tələb olunan oyunların ilk onluğuna isə Genshin Impact və Poppy Playtime daxil olub.

Uşaqların YouTube sorğuları arasında say baxımından ikinci yeri musiqi ilə bağlı kanallar tutub və onların payı 19% təşkil edib. Daha çox BTS, BlackPink, Lil Nas X, Ariana Grande və Twice, rus dilində isə Morqenştern və İnstasamki-nin mahnıları axtarılıb. Ən populyar mahnılar arasında CKay-in Love Nwantiti və Cənubi Koreya musiqi qrupu BlackPink-in LALISA və MONEY adlı iki iştirakçısından biri olan LISA-nın iki yeni mahnısı yer alıb.

Filmlər, cizgi filmləri və teleşouların payına sorğuların 12%-i düşüb. Daha tez-tez axtarılan cizgi filmləri “Donuz Peppa” (Свинка Пеппа), “Luntik” (Лунтик), “Barboskinlər (Барбоскины) və “Xanım Böcək və Super Pişik” (Леди Баг и Супер-Кот) olub, filmlərdə isə “Venom 2” və “Hörümçək adam: evə yol yoxdur” filmləri digərlərini üstələyib. Teleşoular kateqoriyasında ən geniş yayılmış rusdilli sorğular isə “Daha sonra nə olub” (Что было дальше) və “Qızlar, 6-cı sezon” (Пацанки, 6 сезон) siyahının ən başında dayanıb.

 “İnternet və cihazlar dünya üzrə uşaqların həyatında getdikcə daha mühüm rol oynayır və Azərbaycan da bu baxımdan istisna deyil. Valideynlər bu mövzunu görməzdən gəlməli deyillər, uşağın məşğuliyyətləri ilə aktiv şəkildə maraqlanmalı, onlara rəqəmsal mühitdə davranış qaydaları barədə danışmalıdırlar. Bunun üçün onlayn vaxtı birgə keçirmək lazımdır: məsələn, hətta əgər uşaq ancaq kompyuter oyunları ilə maraqlanırsa, bu haqda çox bilmək, blogerlərin bu haqda nə danışdığını müzakirə etmək və ya Minecraft-da nəyisə birgə hazırlamağı yoxlamaq lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. 

Uşaqların onlayn həyatını təhlükəsizləşdirmək üçün Kaspersky valideynlərə tövsiyə edir: 

uşaqların internetdə davranışı üçün dəqiq qaydalar müəyyən edin və onların nəyə lazm olduğunu başa salın (bu cür qaydaları uşağın yaşına uyğun olaraq nəzərdən keçirmək lazımdır);

bir yerdə yeni şeylər öyrənin, uşaqların şəbəkədəki davranışını müşahidə edin və onların təhlükəsizliyini necə təmin etmək barədə düşünün;

lazım gəldikdə valideyn nəzarəti üçün tətbiqlərdən istifadə edin, amma onları yükləməzdən öncə uşağa onun necə işlədiyini və onu qorumağa necə kömək etdiyini izah edin.

Kaspersky Safe Kids həlli valideynlərə uşaqlarının internetdəki təhlükəsizliyini təmin etməyə kömək edir. O, bütün tanınmış platformalara uyğundur: Windows, macOS, Android və iOS. Məhsulun köməyi ilə valideynlər uşaqlarının internetdə nə qədər zaman keçirdiyi, hansı saytları ziyarət etdiyi və sosial şəbəkə səhifələrində hansı paylaşımları etdiyindən hər zaman xəbərdar olurlar. Bundan başqa, Kaspersky Safe Kids geolokasiya funksiyası sayəsində uşağın hazırki yerini təyin etməyə, “YouTube-da təhlükəsiz axtarış” funksiyası isə bu məşhur saytın orijinal imkanlarına əlavələr edərək uşağı şübhəli video məzmundan uzaq tutmağa imkan verir.

* Uşaqlarn Android əməliyyat sistemli cihazlardakı tətbiqlərdə keçirdiyi saatların sayı barədə Kaspersky Safe Kids-in anonim statistikası. 100% göstərici kimi uşaqların on ən tanınmış tətbiqdə keçirdiyi vaxt götürülüb, faiz nisbəti isə hər bir tətbiqdə keçirilən saatların sayından asılıdır. 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment