1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky: dünya üzrə tibb müəssisələrinin 73%-i köhnəlmiş əməliyyat sisteminə malik cihazlardan istifadə edir
17.12.2021

Kaspersky-nin yeni araşdırmasına görə, dünya üzrə tibb müəssisələrinin 73%-i köhnəlmiş əməliyyat sisteminə malik cihazlardan istifadə edir. Bu, əsasən yenilənmə paketlərinin yüksək qiymətləri,  yeni və köhnə sistemlərin uyğunluq problemi səbəbindən baş verir.

Tibb müəssisələri əməliyyat sistemi yenilənməsi mümkün olan cihazlardan ehtiyac olduqda istifadə edə bilirlər, amma bu təhlükəsiz olmaya bilər. Əgər istehsalçılar daha sistemi dəstəkləmirsə, onlar onun üçün yenilənmə istehsalını da dayandırırlar. Yenilənmə vacibdir, çünki onlara təkcə təkmilləşmə deyil, həm də zəifliklər üçün yamaqlar (patch) daxildir. Əgər boşluqlar bağlı deyilsə, təcavüzkarlar onları korporativ infrastruktura giriş nöqtəsi kimi istifadə edə bilərlər. 

Araşdırma göstərib ki, sistem zəiflikləri ucbatından hər ikinci tibb müəssisəsi ya məlumat sızması, ya DDoS hücumları, ya da fidyə proqramları ilə qarşılaşıb. Sorğuda iştirak edənlərin yalnız 30%-i əmindir ki, çalışdıqları təşkilat insident baş verməsi halında təcavüzkarlara qarşı effektiv mübarizə apara bilər.  

 “Tibb müəssisələrinə hücumlar məlumat sızmasından tutmuş təşkilatlarda baş verən əksər proseslərin dayanmasına kimi müxtəlif nəticələrə səbəb ola bilər. İstənilən halda onlar təkcə maliyyə itkisi təhdidi yaratmaya bilərlər. Amma əgər “ağıllı” cihazlara – internetə qoşulmuş cihazlar dəstinə sistem yenilənməri vaxtında quraşdırılarsa, həmçinin əməkdaşların rəqəmsal savadlılığı artırılarsa,  riskləri azaltmq olar,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.  

Kiber insident ehtimalını azaltmaq üçün, Kaspersky tibb müəssisələrinə tövsiyə edir:

əməkdaşlara kiber gigiyenanın əsas qaydalarını öyrədin, çünki hücumlar daha çox fişinqdən və digər sosial mühəndislik tenikalarından başlayır;

şəbəkələrin kiber təhlükəsizlik auditini aparın və aşkarlanan zəiflikləri vaxtında aradan qaldırın;

son cihazların qorunması ilə yanaşı hədəfli hücumlardan qorunmaq üçün xidmətlər tətbiq edin. Məsələn, Kaspersky Managed Detection and Response sistemi hücumları ilkin mərhələlərdə - hücum edənlər öz məqsədinə çatmadan tanımaq və dayandırmağa kömək edə bilə;

tibb cihazlarında nadir hallarda yenilənən daxili sistemlərin müdafiəsini gücləndirin. Məsələn, Kaspersky Embedded System Security həlli xüsusi olaraq köhnəlmiş sistemləri dəstəkləyən cihazları əlavə yüklənmə olmadan qorumaq üçün hazırlanıb. Məhsul təzəlikcə yenilənib, onda bulud vasitələrini idarə etmək imkanları peyda olub ki, daxili cihazları digər son cihazlar kimi eyni konsoldan idarə etməyə imkan verir. 

*Araşdırma, Kaspersky-nin sifarişi əsasında 2021-ci ildə Arlington Research agentliyi tərəfindən aparılıb. Sorğuda 34 ölkədən olan respondentlər iştirak edib. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment