1 yanvar 2022-ci il tarixindən Mastercard-ın yenidən qurulmuş ŞAYŞA (Şərqi Avropa,Yaxın Şərq və Afrika) regionu Mastercard-ın fəaliyyət göstərdiyi 210 qlobal bazardan 81-ni əhatə edəcək.
Bundan əlavə, Yaxın Şərq və Afrika bazarlarında, ŞAYŞA-ya yeni Türkiyə və Müstəqil Dövlət Birliyi (Türkiyə və MDB) Azərbaycan, Belarus, Gürcüstan, Qazaxstan, Moldova, Ukrayna və Ermənistan kimi yüksək inkişaf edən bir neçə bazarı özündə birləşdirəcək bölməsi də daxil ediləcək.
Mastercard-ın fəaliyyət göstərdiyi bazarlarda yerli mövcudluğunu genişləndirmək ambisiyalarına uyğun olaraq, şirkət indi Türkiyə, Ukrayna, BƏƏ, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Keniya və digər bazarlarda coğrafi mərkəzləri olmaqla, regionun 22 ölkəsində mövcudluğunu təmin edib.
Dimitrios Dosis Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə prezident vəzifəsinə gətirilib
Dimitrios Dosis yenidən qurulmuş Şərqi Avropa, Yaxın Şərq və Afrika (ŞAYŞA) region üzrə prezident kimi fəaliyyət göstərəcək. Bu genişləndirilmiş region özündə çevik və yüksək inkişaf imkanlarına sahib 12 əlavə bazarı birləşdirir.
Dosis bundan öncə Mastercard Məsləhətçiləri bölməsinin - şirkətin peşəkar xidmətlər qolunun prezidenti olub və bu vəzifə ona komandanın sənaye səviyyəsində sübuta yetirilmiş problemlərin həlli bacarıqlarının inkişafında Sİ və digər proqnozlaşdırma texnologiyalarının istifadəsini sürətləndirməyə kömək edib.
Yasemin Bedir Türkiyə və Müstəqil Dövlətlər Birliyi (Türkiyə və MDB) bölməsinə rəhbərlik edəcək
Hazırda Şimali Amerika Bazarları üzrə İcma Təşkilatları və Prosessorları bölməsinin icraçı vitse-prezidenti olan Yasemin Bedir, yeni yaradılmış Türkiyə və Müstəqil Dövlətlər Birliyi (Türkiyə və MDB) bölməsinə prezident olaraq rəhbərlik edəcək. Türkiyə doğumlu Bedir, Mastercard-a 2017-ci ildə qoşulub, müxtəlif bazarlarda rəhbər vəzifələrdə çalışıb. Onun gündəlik öhdəliklərinə əlavə olaraq o, şirkətin Qadın Liderliyi Şəbəkəsinin icraçı sponsorudur.
Raqu Malhotra Beynəlxalq Bazarlar üzrə həmsədr vəzifəsinə gətirilib
Hazırda yaxın Şərq və Afrika regionu üzrə prezident olan Malhotra, Mastercard-ın Beynəlxalq Bazarlar bölməsinə həmsədr olaraq rəhbərlik edəcək. Öz yeni vəzfəsində o, biznes strategiyası, satışlar, biznesin inkişafı, məhsul idarəçiliyi və Avropa, Yaxın Şərq, Afrika, Asiya və Latın Amerikası regionları üzrə müştərilər və tənzimləyicilərlə bağlı öhdəliklərin icrasının inkişafı ilə məşğul olacaq.
Bütün yeni təyinatlar 1 yanvar 2022-ci il tarixindən etibarən qüvvəyə minəcək.