1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır
07.12.2021

“Kiçik və orta biznes: pandemiyada sağ qalmaq” adlı sorğu* zamanı Kaspersky sahibkarların koronavirus məhdudiyyətləri ilə bağlı xərcləri necə yenidən bölüşdürdüyünü, həmçinin onların gələcək üçün planlarını öyrənib. Məlum olub ki, KOB sektorunun əksər sahibkarları büdcədən çıxarılmış xərcləri, məsələn, reklam və personal xərclərini bərpa etməyə hazırdır. 

Sorğunun məlumatlarına görə, kiçik şirkətlərin ümumi maliyyə rifahı 2020-ci ilin martından etibarən 66% azalıb. Respondentlərin yarısından çoxu (52%) hesab edir ki, son dövrlər ərzində müşahidə olunan maliyyə çətinlikləri daimi olacaq və biznes hər zaman nəyə xərc qoymaq, nəyə isə qənaət etmək seçimi qarşısında qalacaq. Pandemiya dövründə kiçik şirkətlərin 45%-də kirayə, nəqliyyat və xüsusi texnikanın alışı və təmiri, 42%-də reklam və biznesin inkişafı xərcləri, 37%-də isə əməkdaşların məvacibləri azaldılıb.

Bununla belə kiçik və orta biznesin nümayəndələri gələcək haqqında pozitiv düşünürlər və bunu onların azaldılmış xərcləri bərpa etmək niyyəti sübut edir. Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti reklam və inkişafa yenidən aktiv şəkildə yatırım etməyi (44%), həmçinin əməkdaşların məvaciblərini artırmağı (42%), İT həllər və avadanlığa yatırım etməyi (müvafiq olaraq 41% və 36%) planlaşdırır. Sahibkarların bir hissəsi həmçinin kirayə, avtomobil alışı və təmiri (20%) xərclərini bərpa etməyin, informasia təhlükəsizliyinə (24%) və hüquqi və sığorta xərclərinə (20%) büdcə ayırmağın hesabını aparır. 

 “Araşdırma göstərdi ki, sahibkarlar öz gələcək imkanlarını pozitiv qiymətləndirməyə başlayıblar. Bu onların müəyyən xərcləri bərpa etmək istəklərindən aydın şəkildə görünür. Biznesin effektivliyinə birbaşa təsir göstərən aşkar yatırımlarla yanaşı, sahibkarların əsas xərcləri sırasına rəqəmsal inkişafla bağlı bir neçə mövqe də daxildir: avadanlıq, texnologiya və informasiya təhlükəsizliyinə yatırım”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. “Öz tərəfimizdən biz usanmadan xatırladırıq ki, biznesin rəqəmsallaşması sahibkarın özü və əməkdaşları kimi, bu şirkətlərin məhsul və xidmətlərdinən istifadə edən istehlakçılar üçün də təhlükəsiz olmalıdır”.

Kiçik və orta biznes rəqəmsallaşma şəraitində maksimum şəkildə rahat və təhlükəsiz çalışsın deyə Kaspersky biznes sahiblərinə tövsiyə edir:

xüsusi olaraq hazırlanmış “Kiçik biznes üçün kiber təhlükəsizlik şparqalkası”-da toplanan IT xərclərinin azaldılması, müştərilərlə təhlükəsiz ünsiyyət, frilanserlərlə iş üzrə pulsuz tövsiyələrlə tanış olun;

əməkdaşlara müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmasınlar, müxtəlif hesablar üçün fərqli və mürəkkəb şifrələr düşünsünlər və onları tez-tez dəyişsinlər;

sistem administratoruna iş cihazlarının təhlükəsizliyini vahid paneldən idarə etməyə imkan verən xüsusi qoruma həllərindən istifadə edin. Kaspersky Endpoint Security Cloud bu cür həllərdən biridir.

* Kiçik və orta biznes pandemiyada necə sağ qalacaq” sorğusu Kaspersky-nin sifarişi əsasında Arlington Research müstəqil tədqiqat agentliyi tərəfindən 2021-ci ildə dünyanın 22 ölkəsində aparılıb. Sorğuda 250-yə qədər əməkdaşı olan təşkilatlardan 3150 rəhbər şəxs iştirak edib. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment