1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


İstanbul şəhərində Türk biznes forumu keçirildi
11.11.2021

Noyabrın 10-da Türkiyənin İstanbul şəhərində Türk Ticarət və Sənaye Palatasının assambleyası və biznes forum  keçirilib. Azərbaycanı assambleyada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.  Azərbaycandan olan nümayəndə heyətinə həmçinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, AZPROMO-nun prezidenti Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti və Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Konfederasiyanın Rəyasət Heyətinin üzvləri Səkinə Babayeva, Şahmar Vəliyev də daxil olmaqla 35 sahibkar daxildir.

Assambleyada çıxış edən Rıfat Hısarcıklıoğlu Türk Ticarət və Sənaye Palatasının üzvlərinin İstanbul görüşündən gözləntiləri barədə danışıb.

Türk Şurası Baş katibi Bağdad Amreyev Türk Ticarət və Sənaye Palatasının İnvestisiya Fondunun yaradılması təklifinin həyata keçirilməsi perspektivləri barədə iştirakçılara məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, hər il noyabrın 10-da bütün türk dünyasının dahi şəxsiyyəti olan Atatürkün sevgi və rəhmətlə yad edildiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında yeni bir dövr başlayıb. Ölkə iqtisadiyyatının gələcək prioritetləri, potensial imkanları genişlənib. İşğaldan azad edilən torpaqlarımız yenidən iqtisadiyyatımızın bir parçası kimi inkişafımıza xidmət edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvan üzərindən Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin təməlinin qoyulması və bu tarixi hadisələrin böyük Türk birliyi üçün mühüm əhəmiyyəti vurğulanıb.

Sonra davam edən işçi sessiyada Palatanın tərkibində gənc və qadın sahibkarlar komitələrinin yaradılması müzakirə edilib.

Açılış mərasimindən sonra keçirilən biznes-forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanı təmsil edən 300-dən çox sahibkar iştirak edib.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment