|
|
|
Sığorta | | | “Atəşgah” Sığorta Şirkəti: “Əlilliyi olan insanların ictimai nəqliyyatda güvənli səfəri...” |
13.10.2021 | |
| |
25 illk fəaliyyət dövrü ərzində əsas hədəflərindən biri də əhalinin maarifləndirilməsi olan “Atəşgah” Sığorta Şirkəti ötən günlərdə daha bir Korporativ Sosial Məsuliyyət yönümlü addıma imza atdı. Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə əməkdaşlıq çərçivəsində “Xaliq Faiqoğlu” MMC-nin ictimai nəqliyyat sürücülərinə “İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi üzrə təlim keçmişdir. Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə hazırlanmış təlimin məqsədi əlilliyi olan insanların ictimai nəqliyyatda daha güvənli səyahətini təmin etmək, sürücüləri əlillik vəziyyətləri ilə bağlı məlumatlandırmaq, praktiki məşqlərlə onları daha da bilgili etmək və maarifləndirməkdir. Sonda iştirakçı sürücülərin rəylərini öyrənmək məqsədilə sorğular təşkil olunmuş, nəticələrə əsaslanan təhlillər aparılmışdır.
Əlavə olaraq, əlilliyi olan insanlar da təlimdə iştirak edərək ictimai nəqliyyatda qarşılaşdıqları çətinlikləri bölüşmüş, öz tövsiyə və rəylərini paylaşmışlar. Təlim iştirakçıları bu tip maarifləndirici tədbirlərin cəmiyyət üçün faydalı olduğunu və daha geniş kütlə üçün həyata keçirilməsini tövsiyə etmişlər. Bu layihə üzrə silsilə tədbirlər yaxın zamanlarda keçiriləcəkdir.
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
|
|
|
|