1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky: naməlum tətbiqlərə “yox” deyin
11.10.2021

Kaspersky naməlum tətbiqlərin quraşdırılmasının Android əməliyyat sisteminin müxtəlif versiyalarında necə çalışması və nəyə görə bu funksiyadan istifadə etməmək barədə danışır.  

Android istifadəçiləri tətbiqləri daha çox Google Play-dən yükləyirlər. Bu da çox ağlabatandır. Rəsmi mağazanın tətbiq müəlliflərindən yerinə yetirilməsini tələb etdiyi təhlükəsizlik qaydaları var. Tətbiq “çeşidinə” həm mağazanın özü, həm şikayət və aşağı qiymətləndirmə təqdim edən istifadəçilər, həm də təhlükəsizlik tədqiqatçıları nəzarət edirlər – hətta zərərli proqram bir yol tapıb Google Play-ə daxil olsa belə, o, tez bir şəkildə aşkarlanıb silinir.

 “Bu, istifadəçilər üçün bir tərəfdən faydalıdır: əgər mağazada uyğun heç nə yoxdursa, lazımi funksiya dəstinə malik tətbiq tapmaq olar. Digər tərəfdən isə böyük sərbəstlik “yolu azmaq” və virusa ilişmək riskini artırır, axı Google Play-dən kənarda keyfiyyət və təhlükəsizlik elə də ciddi nəzarət altında deyil (əksər hallarda isə ümumiyyətlə nəzarətdə deyil). Arzu olunan proqramla birgə, hətta onun əvəzinə belə, cihaza şəxsi məlumatlar və ya bank hesabından pul oğurlaya bilən təhlükəli tətbiqlər yüklənə bilər. Bəzən isə heç onları yükləmək lazım gəlmir: əgər cihazda naməlum mənbələrdən yükləmə funksiyası aktivdirsə, bəzi ziyanlverici proqramlar smartfona gizlicə daxil ola bilirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. 

Android-in müasir versiyalarında bu funksiya naməlum tətbiqlərin yükləməsi adlanır və hər bir tətbiq üçün ayrılıqda aktivləşdirilir. Android-in səkkizinci versiyasına qədər onun adı naməlum mənbələrdən yükləmə idi, icazə və ya qadağa üçün isə təhlükəsizlik menyusundakı yeganə yandır/söndür düyməsi təqdim olunurdu.

İlk baxışdan bu funksiyanı idarə etmək köhnə versiyalarda daha rahatdır, amma təhlükəsizlik baxımından hər şey elə də aydın olmur. Əgər naməlum tətbiqlərin yüklənməsinə təsadüfi olaraq icazə versəniz, zərərli faylı təkcə hər hansı bir tətbiq yox, ümumiyyətlə istənilən tətbiq, o cümlədən, sonradan quraşdıracaqlarınız da yükləyə bilər.

Əgər lazımi tətbiq rəsmi mağazada yoxdursa, amma onu yükləmək hələ də vacibdirsə, nə etməli? Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

Analoqlar axtarmaq – rəsmi mağazada oxşar proqramları bir daha nəzərdən keçirin. Bəlkə Google Play-də sizin istəyinizə uyğun bir tətbiq var? 

Yükləmədən öncə faylı yoxlamaq – kənar mənbə cihazdan razılıq almırsa, tənzimləmələri dəyişməyə tələsməyin. Hər şeydən öncə quraşdırma faylını yükləyin və onu işə salmadan öncə mobil antivirusla yoxlayın.

İcazələrə baxmaq – yükləmə zamanı tətbiqin soruşduğu icazə siyahısını diqqətlə nəzərdən keçirin. Əgər proqram şübhə oyadacaq dərəcədə çox icazə istəyirsə, daha az “arzusu” olan alternativ axtarmağı sınayın. Android-dəki icazələrin hansının və niyə zərərli ola biləcəyi barədə burada ətraflı danışmışıq. 

Naməlum mənbələrdən yükləməni deaktiv etmək – quraşdırmadan sonra orijinal tənzimləmələri geri qaytarmağı unutmayın. Telefonunuzu ziyankar proqramlar üçün açıq saxlamayın! 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment