Korporativ müştərilərlə yanaşı, fərdi müştəri istəklərini də daim araşdıran PAŞA Sığorta şirkəti daha sərfəli qiymətlərlə “SağlamSən” könüllü tibbi sığorta məhsulunu təqdim edir.
“Təminatımız sizin sağlamlığınızdır!” şüarı ilə təqdim edilən məhsulun 4 paketi mövcuddur:
• “Gold” paketi – İllik sığorta haqqı 990 AZN - Sığorta təminatı: 20.000 AZN
• “Silver” paketi – İllik sığorta haqqı 790 AZN - Sığorta təminatı: 15.000 AZN
• “Classic+” paketi – İllik sığorta haqqı 590 AZN - Sığorta təminatı: 10.000 AZN
• “Emergency” paketi – İllik sığorta haqqı 290 AZN - Sığorta təminatı: 5.000 AZN
Digər tibbi sığorta məhsullarından fərqli olaraq “SağlamSən” məhsuluna qabaqcıl özəl klinikalarda, tibbi müəssisələrdə profilaktik tibbi müayinə və stomatologiya təminata daxildir. Fərdi qaydada müştərilərə təqdim edilən paketlərin təminatına təcili tibbi yardım, təcili tibbi daşınma və evakuasiya, təcili vaksinasiya, təcili stomatoloji yardım, stasionar müalicə zamanı dərman təminatı, stasionar müalicə, ambulator-poliklinik müalicə, ambulator- poliklinik müalicə zamanı dərman təminatı, fizioterapiya, müalicəvi massaj, planlı stomatoloji yardım xidmətləri daxildir.
Məhsulu “BirKart” və “Tamkart” vasitəsi ilə 12 ayadək faizsiz hissəli ödəniş ilə əldə etmək mümkündür. Müasir çağrı mərkəzi isə həftənin 7 günü 24 saat müştərilərin xidmətindədir.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.