1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA sığorta şirkətlərinin təlim ehtiyaclarını araşdırır
05.07.2021

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi yerli sığorta bazarında peşəkar kadr potensialının formalaşdırılıb inkişaf etdirilməsi yönündə fəaliyyətini davam etdirir.

ASA-dan verilən xəbərə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə sığorta şirkətlərinin insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.

ASA-nın İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq Assosiasiyanın yerli bazarda peşəkar kadr potensialının formalaşdırılmasında maraqlı olduğunu bildirib və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə yerli sığorta bazarı iştirakçılarının bu istiqamətdə dəstəyini yüksək qiymətləndirib. Bununla yanaşı E.Mirsalayev bu kimi layihələrin davamlı həyata keçirilməsi məqsədi ilə ASA-nın nəzdində Tədris Mərkəzinin fəaliyyət göstərdiyini və sığorta sahəsi üzrə davamlı olaraq təlim proqramlarının həyata keçiriləcəyini  vurğulayıb. 

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi, layihə meneceri Xumar Hüseynova çıxışında tədbirin əhəmiyyətini və həyata keçirilən təlim layihələrinin yüksək qiymətləndirildiyini bildirib. AMB nümayəndəsi qeyd edib ki, yerli sığorta bazarının sistemli inkişafı istiqamətində hazırda 2 böyük layihə həyata keçirilməkdədir.

Daha sonra, tədbirdə iştirak edən ARPA-nın İdarə Heyətinin Sədri Günay Şahbazova, ASA və ARPA arasında bağlanan memorandum çərçivəsində ilk olaraq ASA Tədris Mərkəzi tərəfindən PSS və CII təlimlərinin keçiriləcəyi ilə bağlı iştirakçılara məlumat verib.

ASA Tədris Mərkəzinin rəhbərləri də öz növbələrində yeni fəaliyyət istiqamətləri və təlim-tədris layihələri haqda tədbir iştirakçılarını məlumatlandırıblar.

Tədbirin sonunda sığorta şirkətlərinin insan resursları üzrə nümayəndələrinin təklif və fikirləri dinlənilib, müvafiq təkliflərin reallaşdırılması istiqamətində müzakirələr aparıldı. 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment