1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR AQŞ cənubi Xəzər hövzəsində ilk çoxşaxəli quyunu qazmışdır
08.04.2021

SOCAR AQŞ məmnunluq hissi ilə bildirir ki, ilk dəfə olaraq SOCAR-ın Azneft İB üçün çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini uğurla həyata keçirmişdir.

SOCAR AQŞ Qərbi Abşeron yatağında qazma işlərinin aparılması zamanı yatağın tam potensialının aşkara çıxarılması istiqamətində bir sıra ilklərə imza atmış, quyu lüləsi boyu bütün intervallar üzrə geoloji-geofiziki tədqiqat işləri aparmışdır. Bu tədqiqat işləri nəticəsində lay təzyiqi ölçülmüş, müxtəlif intervallardan kern nümunələri götürülmüş, süxurların kollektorluq xüsusiyyətləri, layın neft-qaz doyumluluğu müəyyənləşdirilmiş, layların yatımı, süxurların litoloji kəsilişi və digər parametrlər dəqiqləşdirilmişdir.

SOCAR AQS-nin Baş Direktoru Samir Mollayev: “Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, şirkətin Qərbi Abşeron yatağında apardığı geoloji-geofiziki tədqiqat işləri nəticəsində qazılmış quyularda quma qarşı nəzarət sistemi tətbiq edilmiş, süzgəclərin ölçüləri dəqiqləşdirilmiş və açıq lüləyə süzgəclər buraxılmaqla sifarişçi hasilatın 4-5 dəfə artırılmasına nail olmuşdur. Əldə edilmiş uğurlu nəticələrə əsasən, yatağın potensialı nəzərə alınmaqla, çoxşaxəli quyuların qazılması mümkünlüyünə baxılmışdır. Çoxşaxəli quyunun layihələndirilməsi müddətində, SOCAR AQŞ sifarişçi Azneft İB ilə birgə komanda şəkilində işləmiş, Cənubi Xəzər hövzəsində ilk dəfə pilot layihə kimi həyata keçirilməsinə öz töhfəsini vermişdir.”

SOCAR AQS-nin Baş Geoloqu İftixar Qasımov: “Qazma və tamamlama işlərinin aparılması zamanı qabaqcıl beynəlxalq şirkətlərin tələblərinə cavab verən müasir texnika və texnologiyadan istifadə edilməklə keyfiyyətli quyular təhvil verilib. SOCAR AQŞ sifarişçi ilə birgə çoxşaxəli quyunun qazılması imkanlarını, təzyiqləri eyni olan horizontların birgə istismara verilməsi mümkünlüyünü araşdırmış və ilk dəfə olaraq, Qərbi Abşeron yatağında çoxşaxəli quyunun layihələndirilməsi və qazma işlərini aparmışdır.

Layihə çərçivəsində SOCAR AQŞ tanınmış beynəlxalq Baker Hughes şirkəti ilə yaxından əməkdaşlıq etmiş və layihənin bütün texniki əsaslandırılmasını birgə aparmışdır. Layihənin uğurla həyata keçirilməsində Baker Hughes şirkətinin tətbiq etdiyi müasir texnika, texnologiya və təcrübənin mühüm rolu olmuşdur.

Görülmüşdür ki, çoxşaxəli horizontal istismar quyularının qazılması texnologiyası yan lülələrin sayından asılı olaraq məhsuldar horizontlarda drenaj sahəsini genişləndirməklə quyunun hasilatını artırır və ən əsası qazma prosesinə çəkilən xərcləri əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.  Beləliklə SOCAR AQS-nin qazdığı çoxşaxəli quyu yataqda iki məhsuldar horizontun birgə istismarına şərait yaratmış və şirkət ilk dəfə olaraq SOCAR tarixində çoxşaxəli quyunun qazılmasını və tamamlanmasını yekunlaşdıraraq sifarişçiyə vaxtından əvvəl təhvil vermişdir.

Hazırda quyuda hasilat rejiminə çıxma əməliyyatı aparılmaqla, mənimsəmə işləri davam etdirilir. SOCAR AQŞ bundan sonra da, qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirəcək və keyfiyyətli quyu qazmaqla sifarişçiyə təhvil verəcəkdir. 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment