1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA hərbçilərin sığorta ödənişləri ilə bağlı rəqəmləri açıqladı
18.03.2021

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən Müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi davam edir.

ASA-dan verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Məlumatda bildirilir ki, bu günə olan məlumata görə, Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə aid olan ümumilikdə 3 milyon 404 min 851 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib. Bu istiqamətdə 130 min manat həcmində ipoteka kreditinin ödənilməsi isə nəzərdə tutulur.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi prosesi də davam etməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bu günədək 44 milyon manatdan çox sığorta məbləği ödənilib.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat, I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6600 manat, III dərəcəli əlilliyə görə 4400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2750 manat məbləğində sığorta ödənişi nəzərədə tutulub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın və Assosiasiyanın nəzarəti ilə proses hazırda davam etməkdədir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment