1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta Qrupu ESG transformasiyasının tətbiqinə başlayır
18.03.2021

Bir müddət əvvəl “Atəşgah” SQ 2019-2021-ci illər üzrə  inkişaf strategiyasının  nailiyyətlərini açıqlayıb. Qrupa daxil olan şirkətlər alternativ satış kanallarını inkişaf etdirərək, regionlarda satışları təkmilləşdirərək, sığorta məhsullarının çeşidlərini artırıb müştərilərin rahatlığı üçün öz rəqəmsal platformalarını tətbiq edərək maliyyə göstəricilərini yaxşılaşdırmağa nail olublar.

Koronavirus pandemiyası yeni biznes-həllərin işlənib hazırlanmasına və tətbiqinə tələbatı kəskin  artırmışdır. "Atəşgah" Sığorta Qrupu da öz növbəsində zamanın bu tələbinə uyğun olaraq, zərərlərin məsafədən tənzimlənməsini, zərərlərin elektron sistem üzərindən qiymətləndirilməsini, xidmət keyfiyyətinin ölçülməsi üzrə onlayn sistemin, elektron sənəd dövriyyəsi sisteminin və “Telesəhiyyə” xidmətinin tətbiqini həyata keçirmişdir.

Həmçinin, “Atəşgah” SQ Keyfiyyətin Menecmenti Sisteminin  beynəlxalq standartlara tam uyğunluğunu təsdiq edən İSO 9001:2015 sertifikatına layiq görülüb.

 Sığorta Qrupunun 3 illik strategiyası 5 istiqaməti əhatə edirdi:

1.      İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkət üzrə rəqəmsallaşdırma  səviyyəsinin yüksəldilməsi;

2.      Biznes proseslərin təkmilləşdirilməsi;

3.      Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi;

4.      İnsan kapitalına investisiya;

5.      Yeni müştəriyönümlü sığorta məhsullarının yaradılması.

 2021-ci ilin 17 mart tarixində “Atəşgah” SQ-nun Direktorlar Şurasının növbəti iclasında sığorta qrupunun 2022-2024-cü illər üzrə  inkişaf strategiyasının hazırlanması  və bu strategiya çərçivəsində ESG (Environmental Social Governance) transformasiya prinsiplərinin tətbiq edilməsi haqqında qərar verilmişdir.

ESG-transformasiyası nədir?

Biznesin bütün sahələri ekoloji, sosial və idarəetmə problemləri üzrə bir-biri ilə sıx bağlıdırlar. Müasir cəmiyyətin problemlərinin həllinə yönlənmiş yeni ESG sistemlərinin, ağıllı texnologiyaların və yenilikçi yanaşmaların tətbiqi isə iqtisadiyyatın  fərqli sektorlarının ətraf mühitə vurduğu mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in təsdiq edilməsi haqqında imzaladığı sərəncamda xüsusən vurğulanan məqam ondan ibarətdir ki, qlobal iqtisadi reallıq və yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər, ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və müvafiq milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Qeyd olunan konsepsiya çərçivəsində “Atəşgah” SQ aşağıda sadalanan beş milli prioritetə uyğunlaşmaq məqsədi ilə  Azərbaycanda  ESG-transformasiyasını tətbiq edən ilk sığorta şirkəti olacaq:

1. Dayanmadan artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə qayıdış;

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

2020-ci il ərzində sığorta  əməliyyatları üzrə “Atəşgah” Sığorta Şirkətinin yığımları 25,3 mln. AZN, “Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları isə 41,5 mln. AZN təşkil etmişdir.

Hal-hazırda “Atəşgah” SQ Azərbaycanın TOP-2 sığorta qrupları sırasına daxildir.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.


 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment