“AtaSığorta” ASC-də növbəti kadr dəyişikliyi baş vermişdir. Satış Departamentinin direktoru vəzifəsinə Sədi Zöhrablı təyin edilmişdir.
1995-1999-cu illərdə Dövlət İqtisad Universitetində İqtisadiyyatın dövlət tənzimlənməsi üzrə təhsil almışdır.
2006-cı ildən etibarən “AtaSığorta” ASC-də fəaliyyətə başlamışdır. 15 il ərzində şirkətdə müxtəlif vəzifələrdə işləmişdir. Son tutduğu vəzifə Satış Departamentinin direktor müavini vəzifəsi olmuşdur.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.