|
|
|
Neft və qaz | | | Korporativ kartlar üzrə mövcud imkanlar müzakirə edilib |
10.02.2021 | |
| |
Fərdi sahibkar və hüquqi şəxslər üçün emissiya edilən korporativ kartlar vasitəsilə aparılan əməliyyatlar üzrə mövcud imkanlar Azərbaycan Respublikası Mərkəzi Bankı və bank ictimaiyyətinin nümayəndələrinin geniş tərkibli görüşündə müzakirə edilmişdir.
9 fevral tarixində keçirilən görüşdə rəqəmsal ödənişlərin inkişafı və əhatə dairəsinin genişləndirilməsi, iqtisadi subyektlərin rəqəmsal ödənişlərin üstünlüklərindən yararlanması baxımından korporativ kartlarla aparılan rəqəmsal ödənişlər üzrə qarşıya çıxan məsələlərin həlli zərurəti qeyd edilmişdir.
Rəqəmsal ödənişlər sahəsində mövcud normativ-hüquqi çərçivə və onun tələblərinə toxunulduğu bu görüşdə korporativ kartlar üzrə mövcud imkanlara yenidən baxılması məqsədilə aidiyyəti dövlət qurumları ilə müzakirələrin birgə davam etdirilməsi qərara alındı.
|
|
|
|