AtaSığortada növbəti kadr dəyişiklikləri baş vermişdir.
Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Filiallarla İş Departamentinin direktoru Toğrul Qaçayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Qeyd edək ki, Toğrul Qaçayev uzun illər Kapital Bank, Bank Respublika və Paşa Sığorta kimi nüfuzlu maliyyə təşkilatlarında çalışmış peşəkar sığortaçı kimi tanınmaqdadır. İdarə Heyətinin sədr müavini Qoşqar Həsənov əmək müqaviləsinin müddəti bitdiyinə görə şirkətdən ayrılmışdır.
Satış şəbəkəsinin idarə olunmasında böyük təcrübəyə malik olan Satış Departamentinin direktoru vəzifəsini tutmuş Fariz Hacızadə Filiallarla İş Departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.
Fariz Hacızadə “MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azərqarant Sığorta”, “Standard Insurance” kimi şirkətlərdə geniş təcrübə yolu keçmişdir. Ölkə daxilində çoxsaylı layihələrdə, treyninq və seminarlarda iştirak etmiş, bir çox yerli və TSEV kimi xarici sertifikatların sahibidir.