|
|
|
Neft və qaz | | | Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 6% artırıb |
12.12.2012 | |
| |
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin noyabr ayında dövlət büdcəsinə 127,998 mln. manat vəsait ödəyib. Ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1 287,903 mln. manat ödənilib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 77,018 mln. manat və ya 6,4% çoxdur.
Bundan əlavə, cari ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,990 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayına nisbətən 1,812 mln. manat və ya 16,2% çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-noyabr aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 144,567 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,734 mln. manat və ya 17,7% çoxdur.
www.apa.az
|
|
|
|