«Çıraq Neft Layihəsi»nə (ÇNL) ümumilikdə 6 mlrd. ABŞ dolları həcmində investisiya yatırılması nəzərdə tutulur.
Bu barədə «APA-Economics»ə ÇNL-in meneceri İlqar Məmmədov bildirib.
Onun sözlərinə \görə, yatırılan investisiyanın 4 mlrd. dolları bütün qurğular daxil olmaqla «Qərbi Çıraq» platformasının qurulmasına, yataqdaxili boru kəmərlərinin çəkilməsinə və «Dərinsulu Günəşli» platformasında yerinə yetirilən yenidənqurma işlərinə sərf ediləcək.
Dənizin 170 metr dərinliyində quraşdırılacaq platforma 48 quyunun qazılmasına hesablanıb. Platformanın işə düşməsi «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda hasilatı gündəlik 100 min barel artırmağa imkan verə bilər. Ümumilikdə, «ÇNL» çərçivəsində 300 mln. barel neftin hasil edilməsi nəzərdə tutulub.
www.apa.az