İSR Holding, MediClub və A-Qroup sığorta şirkəti ikinci Qarabağ müharibəsindəki döyüş əməliyyatları zamanı ağır yaralanan hərbi qulluqçularımızın pulsuz müalicəsi təşəbbüsü ilə çıxış ediblər.
MediClub ağır yaralı əsgərlərin rayon xəstəxanalarından gətirilməsi üçün bütün xərcləri öz üzərinə götürüb. Cərrahiyyə, intensiv terapiya, uzunmüddətli süni ağciyər ventilyasiyası (ALV) daxil olmaqla zəruri müalicə həmçinin MediClub klinikasında aparılacaq.
Əsgərlərin fiziki və psixoloji reabilitasiyası MİTRİ reabilitasiya mərkəzində (Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu) həyata keçirilir.
Müalicə proqramı çərçivəsində rekonstruktiv və rekonstruktiv və plastik cərrahi əməliyyatların da həyata keçirilməsi planlaşdırılır. Müalicənin bu mərhələsində Moskvadan olan plastik cərrah, bu sahədə geniş təcrübəyə malik professor Teymur Quliyev cəlb edilib.
Hal-hazırda vəziyyətləri son dərəcə ağır qiymətləndirilən bir neçə yaralı əsgər MediClub xəstəxanasında müalicə alaraq MİTRİ-də reabilitasiyaya göndərilib.
İSR Holding, MediClub və A-Qroup, Azərbaycan ordusu əsgərlərinə tibbi müalicəni davam etdirməyə hazır olduqlarını bildirirlər.