|
|
|
Sığorta | | | “AtaSığorta” ASC daha bir təcrübəli mütəxəssisi cəlb etdi |
18.09.2020 | |
| |
Abbasov Qəhrəman Mikail oğlu AtaSığorta ASC-nin Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Qəhrəman Abbasov 2012-ci ildən “AZROSTBENTONIT” MMC, “Mətanət A”, “AZ Group Holdinq”, “Gilan Holdinq”-in törəmə müəssisələrində, AFB Bank ASC kimi nüfuzlu şirkətlərdə maliyyə və satınalma üzrə müxtəlif vəzifələrdə çalışmış ve bu illər ərzində Bank, Nəqliyyat, Sənaye və Tikinti şirkətlərində böyük təcrübə qazanmışdır. Məbləği 70 milyon ABŞ dollarından artıq olan layihələrdə iştirak etmişdir. Mühasibatlıq və beynəlxalq maliyyə üzrə bir sıra yerli və beynəlxalq təlimlərdə müvəffəqiyyətlə iştirak edib sertifikatlar almışdır.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.
|
|
|
|