Artıq uzun müddətdir ki, yer kürəsini öz cənginə alan və demək olar ki, iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşməyən COVİD-19 virusunun yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan sahibkarları yaranan maneələri peşəkar şəkildə aşmağa davam edirlər. Belə ki, bu yaxınlarda ölkəmizdə istehsal olunan və artıq dünyanın bir çox qitələrində böyükdən kiçiyə hər kəsin sevgisini qazanan yerli dondurmalarımız “Atəşgah” Sığorta Şirkətinin dəstəyi ilə Afrika qitəsinə çatdırılmışdır.
Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsirlərinin azaldılması istiqamətində aparılan işlər arasında Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq atılan geniş addımlara “Atəşgah” SŞ-də öz töhvəsini verərək sözügedən məhsulları onların daşınması zamanı yarana biləcək risklərdən sığortalamışdır.
67 gün uzun və təhlükəli yol qət edən dondurmaların yüksək risk qrupuna daxil olmasına baxmayaraq uzun illərdir yükdaşıma sığortası üzrə peşəkar xidmət göstərən “Atəşgah” Sığorta Şirkəti sadalanan meyarlara əsasən uyğun tarif təklif edərək ixrac olunan məhsulları baş verə biləcək risklərdən sığortalamışdır.
Bu addımı ölkəmizin sığorta və sahibkarlıq sahəsində növbəti uğurlu addımlarından biri kimi qeyd edə bilərik.
Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.