1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


25 İL FƏRQLİ QALARAQ
18.08.2020

Bu gün A-Qroup Sığorta Şirkəti öz ad gününü qeyd edir. 25 il əvvəl möhtəşəm səyahət başladı.

Bu A-Qroup üçün yuvarlaq tarixdən daha artıqdır. Bu, şirkətə mövqeyini inamla möhkəmləndirməyə və təklif olunan xidmətlərin keyfiyyətinə görə tanınmağa imkan verən təcrübə, yenilik, etibarlılıq, etimad, peşəkarlıq, məsuliyyət və keyfiyyətli xidmətdir.

25 il ərzində A-Qroup böyük nailiyyətlər əldə etdi, maddi cəhətdən sabit və ən başlıcası, müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olmağı bacardı. Hazırda şirkətin əldə etdiyi ciddi nəticələr və gələcək inkişaf üçün güclü potensialı haqqında arxayınlıqla danışmaq olar.

Şirkətin ən yaxşı ənənə və təcrübəsini müasir texnoloji həllərlə birləşdirən, İT texnologiyalar və yeni istiqamətlərin inkişafına böyük sərmayə yatıran, müştərilərin maraqlarını ön planda saxlayan A-Qroup rahalığı, sürəti və yüksək səviyyəli xidməti dəyərləndirən Sığortalılarının xeyrinə mümkün qədər səmərəli işləməyə davam edəcəyini əminliklə bəyan edə bilər.

İqtisadiyyatdakı böhranla əlaqəli çətinlikləri dəfələrlə uğurla dəf edən A-Qroup təkcə iş performansını deyil, həm də əsas dəyərləri - müştərilər, tərəfdaşlar, komandasını qoruyub saxlamağı bacardı.

On minlərlə insan əmlakları, avtomobilləri, ən əsası sağlamlığını A-Qroup-a etibar edir!

Məhz Sığortalıların sağlamlığının qorunması, tam hüquqlu tibbi xidmətin təşkili 25 ildir ki, A-Qroup-un prioritet sahəsi olub və olmağa davam edir.

Fəaliyyətə başladığı ilk gündən, 25 ildir ki, A-Qroup “Biz fəqliyik” şüarı ilə “yaşayır” və bu sadəcə sözlərdən ibarət deyil. Bu sığorta şirkətinin yolu və yanaşmasıdır. A-Qroup-un hər suala, hər müştəriyə və tərəfdaşa, hər nüansa xüsusi yanaşması var. Və şirkət 25 ildir ki, şüarına sadıq qalmaqdadır.

25 il- önəmli dövrdür, digər tərəfdən isə nailiyyətlərlə yetinməyin zamanı deyil. Əksinə, bu irəli getmək üçün yaxşı bir təkandır. A-Qroup yerində durmur, tempini qoruyur, ən yaxşısına nail olmağa can atır, maksimum sürətli onlayn xidmət və şirkətlə rahat qarşılıqlı əlaqəni təmin edir, müştərilər üçün daha müasir və əlverişli olmağı hədəfləyərək məhsul və xidmətlərini daim inkişaf etdirir.

Doğum günündə A-Qroup komandası tərəfdaşlarına və müştərilərinə etibar və səmərəli əməkdaşlığa görə təşəkkür edir. Sığortalıların etimadı A-Qroup-un irəliyə doğru inamla baxmasına imkan verən ən mühüm nailiyyətidir.

25 illik fəaliyyətin uğurları qürur hissi doğurur və yeni uğurlara ilham verir.

A-Qroup sığorta şirkəti fərqliliyi, rahatlığı, sürəti və yüksək səviyyəli xidməti qiymətləndirənlər üçün çalışır.

Hər kəsin sığorta maraqları fərqlidir, lakin hamısı A-Qroup-un Sizə hər zaman təklif etməyə hazır olduğu ən yaxşı müdafiəyə layiqdir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment