1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Audatex Azərbaycan şirkəti ilə əməkdaşlığı genişləndirdi
06.07.2020

Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək PAŞA Sığorta şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir.  Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.

Bu məqsədlə PAŞA Sığorta zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsi ilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək bu sahədə öz uğulu mövqeyini təsdiqləmiş Solera şirkətinin   Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir. 

Belə ki, PAŞA Sığorta şirkətinin idarə heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə Audatex şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsi ilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaqdır.

Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment