1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Aparıcı neft şirkətləri Azərbaycanda ətraf mühitin qorunması üçün yeni təşəbbüsə qoşulub
04.05.2020

SOCAR Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative - CEPI) adlı müstəqil regional təşkilatın yaradılması təklifi ilə çıxış etmişdir. Təşəbbüsün əsas məqsədləri regionda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin ətraf mühitin qorunması uğrunda, ilk dəfə olaraq, birgə araşdırma və inkişaf platformasını yaratmaq və bu məqsəd uğrunda səyləri birləşdirməkdir.Təşkilat Xəzər dənizi regionunda ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə qabaqlayıcı tədbirlər hazırlayıb həyata keçirməklə ətraf mühitə atılan zərərli maddələrin qarşısını almağı hədəfləyir. Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətləri -“BP AGT”, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” təşəbbüsü yüksək qiymətləndirərək, yeni yaradılan təşkilata qoşulmuşlar.

Mayın 4-də CEPİ-nin təqdimatı və qarşıda duran məsələlərin müzakirəsi məqsədi ilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin AGT Regionunda Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Equinor”-un Azərbaycan üzrə meneceri Favad Quraişi və “Total E&P Absheron B.V.” İcraçı direktoru Regis Agutun iştirakı ilə onlayn görüş keçirmişlər.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçılara CEPİ təşkilatının məqsəd və hədəfləri haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, təşkilatın missiyası iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələr qarşısında Xəzər bölgəsində fəaliyyət göstərən neft və qaz şirkətlərini səfərbər etməkdən, onları qabaqlayıcı addımların atılmasına təşviq etməkdən ibarətdir. Başlıca hədəf Xəzər dənizi regionunda ekoloji dayanıqlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. Şirkətlər ətraf mühitin qorunması sahəsində öz bilik və təcrübələrini paylaşacaq, birgə araşdırmalar aparacaq, ekoloji tədbirləri koordinasiyalı şəkildə həyata keçirəcəklər. Gələcəkdə digər beynəlxalq şirkətlərin və təşkilatların CEPİ-nin fəaliyyətində iştirakı nəzərdə tutulur.

Görüş iştirakçıları ətraf mühitin mühafizəsi işində təşəbbüsün əhəmiyyətini vurğulamış, Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının icrasına CEPİ təşkilatının dəyərli töhfə verəcəyinə inandıqlarını bildirmiş, təşkilat çərçivəsində atılacaq addımları geniş müzakirə etmişlər. Görüş zamanı yeni təsis edilən təşkilatın uğurlu fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə işçi qrupunun yaradılması və “anlaşma memorandumu”nun imzalanmasına dair qərar qəbul olunmuşdur. Sonda görüş iştirakçıları yekdilliklə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni yeni yaradılan təşəbbüsə sədr seçdilər.

Xatırladaq ki, BMT-nin iqlim dəyişiklərinə dair Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə edilməsi, karbon emissiyalarının azaldılması və bölgənin inkişafının təmin edilməsi istiqamətində davamlı ekoloji tədbirlər icra edir, səmərəli həll yolları tətbiq edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment