Daim müştərilərini yeniliklərlə sevindirən PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) üzrə 22 apreldə start verdiyi kampaniyanın müddəti 31 may tarixinə kimi uzadılır.
Kampaniyanın şərtlərinə əsasən, PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək fərdi müştərilər sadəcə 10 aylıq dövr üçün sığorta haqqı ödəməklə avtomobil üçün tam bir illik təminat əldə edirlər. Belə ki, 12 ay üçün hesablanan sığorta haqqının 2 aya düşən hissəsi şirkət tərəfindən qarşılanacaq ki, bununla da müştərilər 2 aylıq KASKO təminatından hədiyyə olaraq faydalanacaqlar. Kampaniya çərçivəsində müştərilərə sığorta haqqını xüsusi güzəştli qrafiklə hissəli formada ödəmək imkanı da təqdim olunur.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Hal hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.